274
Təbriz xalçalarının toxunması dövrünü ümumi incəsənət prosesindən ayrıca təsəvvür etmək mümkün deyil. Belə ki, me-
marlıqda dekor sənətində yeni axtarışlar müxtəlif xalça kompozisiyalarına da təsir edirdi. Naxışların daha zərif, daha yum-
şaq cizgilərlə verilməsi xalçaya təsviri sənətə xas bir incəlik bəxş edirdi. Sözsüz ki, bu baxımdan xalçaçılıq sənətinin yeni
peşəkar mərhələyə daxil olmasını qeyd etmək lazımdır. Bu xalçanın təsvir və rəng həlli onu deməyə əsas verir ki, burada o
dönəmdə mövcud olan hakim üslub hərtərəfli qorunmuşdur.
Bu xalça “Ləçək-turunc” kompozisiyası əsasında toxunmuşdur. Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən
ibarətdir.
Ara sahənin qəhvəyi rəngli yerliyində açıq-qırmızı rəngli böyük “kətəbə” yerləşdirilmişdir. “Kətəbə” şaquli istiqamətdə
təsvir edilmiş qəhvəyi rəngli “göl” ilə, qalan boşluqlar isə şəkəri, qırmızı, qəhvəyi, mavi rəngli gül-çiçək, qönçə, budaq,
yarpaq kimi nəbati elementlərlə zənginləşdirilmişdir. Gölün içərisi şəkəri, qırmızı, qəhvəyi, açıq-mavi rəngli altı, səkkiz,
onləçəkli güllərlə, yarpaqlarla, gül dəstələri ilə bəzədilmiş, mərkəzində isə şəkəri rəngli daha bir kiçik göl və səkkizguşəli
ulduzabənzər ləçəkli gül yerləşdirilmişdir. Mavi, şəkəri, qırmızı, açıq və tünd-qəhvəyi rəngli nəbati elementlər şəkəri rəngli
gölə xüsusi gözəllik gətirmişdir.
1...,264,265,266,267,268,269,270,271,272,273 275,276,277,278,279,280,281,282,283,284,...362