275
Qəhvəyi rəngli böyük medalyonun yuxarı və aşağı hissələrində şəkəri, qırmızı, mavi, açıq və tünd-qəhvəyi rənglərlə
işlənmiş “qübbə”lər vardır.
Kətəbənin xaricində tünd-qəhvəyi yerlikli künclərdə şəkəri, qırmızı, qəhvəyi, açıq-mavi rəngli nəbati elementlərin
içərisində mərkəzdəki şəkəri yerlikli “göl”ün dörddə bir hissəsi təsvir edilmişdir.
Xalçanın ara sahəsinin rənginə uyğun tərtib edilən açıq-qırmızı yerlikli ana haşiyəsi şəkəri, qırmızı, qəhvəyi, açıq-mavi
rəngli “anagül”lər, üç, altıləçəkli kiçik güllər, yarpaqlar və onların arasından keçən qəhvəyi rəngli incə dalğavari xətlərlə
bəzədilmişdir.
Tünd-qəhvəyi rəngli bala haşiyələrdə boz, qırmızı, şəkəri, mavi, açıq və tünd-qəhvəyi rəngli güllər, kiçik ağaclar və qırmızı
rəngli dalğavari xətlər təsvir edilmişdir.
Ara sahəni əhatə edən mavi yerlikli bala haşiyədə isə qırmızı, şəkəri və tünd-qəhvəyi rəngli stilizə olunmuş nəbati
elementlər işlənmişdir.
Ana və bala haşiyələri şəkəri yerlikli mavi, qəhvəyi, qırmızı rəngli nəbati elementli “mədaxillər” ayırır.
Xalçanı dörd tərəfdən açıq-qırmızı və tünd-qəhvəyi rəngli “su”lar əhatə edir.
Xalçanın toxunuşunda sakit rənglərə üstünlük verilmişdir. Açıq-qırmızı, qəhvəyi, şəkəri, mavi rənglər xalçaya həzin gö-
rünüş gətirir.
Qəhvəyi rəngin tünd çalarlarından istifadə edilərək, xalçanın çox solğun görünməsinin qarşısı alınmışdır.
Xalçanın yuxarı və aşağı hissəsində qəhvəyi rəngli saçaqlar vardır. Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma
vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
1...,265,266,267,268,269,270,271,272,273,274 276,277,278,279,280,281,282,283,284,285,...362