281
Sarı yerlikli ana haşiyədə qırmızı, çəhrayı, sürməyi, göy, mavi, yaşıl rəngli stilizə olunmuş
nəbati və həndəsi elementlər işlənmişdir.
Göy rəngli bala haşiyələr zəncirvari formada birləşmiş çəhrayı, ağ, qırmızı, sürməyi rəngli
nəbati elementlərlə bəzədil­miş­dir.
Ara sahə və haşiyə zolaqları sağ və soldan kilimlərə məxsus “keçirtmə” adlı elementlərlə,
yuxarıdan və aşağıdan isə eyni rəngli “su”larla haşiyələnmişdir.
Kilimin yuxarı və aşağı hissələrində ağ-qırmızı rəngli “siçandişi” elementləri təsvir edil-
mişdir.
Kilim yüksək kontrastlı rənglərlə tərtib edilmişdir. Sürməyi, göy, qırmızı, yaşıl rənglər
şəkəri-ağ, sarı rənglərlə qarışaraq, nisbətən “yumşalmışdır”. Haşiyə hissəsinin enli sarı
yerlikli zolağında göy, sarı, qırmızı rənglər bir-biri ilə uzlaşdırılmış və xoş əhvali-ruhiyyə
gətirən bir rəng düzümü yaradılmışdır.
Kilimin bəzi yerləri istifadə müddətində zədələnmişdir. Kilimin əriş və arğacı yundur.
Bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,271,272,273,274,275,276,277,278,279,280 282,283,284,285,286,287,288,289,290,291,...362