278
Qaşqayların məişətində cecim, kilim, palaz olduqca fəal rol oynayır. Onların naxış həllində zolaqlar, kiçik ölçülü rombvari
göllər, badamvari, dördbucaqlı və dişli naxışlar böyük üstünlük təşkil edir. Bunu da qeyd etmək lazımdır ki, bu naxışlara
Azərbaycanın müxtəlif bölgələrində toxunan xalçalarda da rast gəlinir. Qazax, Loru, Pəmbək, Ağbaba, həmçinin Qarabağ
və Gəncə xalçalarında adı çəkilən naxışlar geniş istifadə olunur. Bu, əhalinin qədim inancları və bu inancların kilimlərdə
obrazlı ifadəsi ilə bağlıdır.
Kilimin bədii quruluşu ara sahədən və haşiyə hissəsindən ibarətdir.
Çəhrayı yerlikli ara sahədə şaquli istiqamətdə iç-içə iki rombvari göl təsvir edilmişdir. Böyük ölçülü dilikli göllər sarı yer-
likli olub, dörd tərəfdən sürməyi, ağ, çəhrayı rəngli zolaqlarla bəzədilmişdir. Gölün sarı rəngli diliklərində açıq-qəhvəyi,
çəhrayı, göy, yaşıl rəngli kiçik dördbucaqlılar təsvir edilib. Kiçik ölçülü gölün yerliyi ağ rəngli, kənarlarında verilən zolaq-
lar tünd-qəhvəyi, sarı, göy, çəhrayı, mərkəzdəki “kilimgülü” elementi isə sarı, çəhrayı, tünd-qəhvəyi, göy və ağ rənglərlə
işlənmişdir. Kiçik göllərin yuxarı və aşağı hissələrində qəhvəyi rəngli çoxbucaqlının içərisində göy, sarı və çəhrayı rənglərlə
işlənmiş səkkizguşəli ulduzlar vardır. Böyük ölçülü göllərin yuxarı və aşağı hissələrində isə sarı, ağ, sürməyi və sarı, çəhrayı,
açıq-qəhvəyi rəngli “damğa” elementləri yerləşdirilmişdir.
1...,268,269,270,271,272,273,274,275,276,277 279,280,281,282,283,284,285,286,287,288,...362