279
Kilimin ara sahəsinin sağ və sol hissələri ağ, sarı,
göy, sürməyi, çəhrayı rəngli ziqzaqvari xətlərlə əhatə
olunmuşdur. Ara sahənin sağ və solunda orta hissədə
yerləşdirilmiş ağ, sarı, göy, çəhrayı, tünd-qəhvəyi
rəngli iki yarımçıq rombşəkilli elementi və künclərdə
yerləşdirilmiş ağ, sarı, çəhrayı, sürməyi, göy, tünd-yaşıl
rəngli dörd yarımçıq elementi birləşdirdikdə romb-
vari göl alınır. Yuxarı künclərdəki yarımçıq göllərdə
səkkizguşəli ulduzlar, aşağı künclərdəki yarımçıq
göllərdə isə “damğa” elementləri təsvir edilmişdir.
Mərkəzdəki göllərdə olduğu kimi, kənarlarda yerləş­
dirilmiş yarımçıq göllərin kənarları da diliklidir və dilik­
lərdə ağ, sarı, çəhrayı, göy, yaşıl, qəhvəyi rəngli kiçik
dörd­bucaqlılar işlənmişdir.
Kilimin ana haşiyəsini ağ və sürməyi rəngli “molla-
başı” elementləri bəzəyir. Ana haşiyənin sağ və solun-
da bəzi yerlərdə “mollabaşı” elementləri çəhrayı rənglə
işlənib.
Haşiyə bəzəyini təşkil edən digər elementlər
çəhrayı, qəh­vəyi və yaşıl rənglərlə işlənmiş “dilikli”
elementləridir.
Kilimin yuxarı hissəsində çəhrayı, mavi, qəhvəyi, aşa-
ğı hissəsində isə çəhrayı, göy, qəhvəyi rəngli “su”lar
işlənmişdir.
Kilimin rəng tərtibatında açıq və tünd rəng çalarla-
rından istifadə edilmişdir. Çəhrayı, ağ, sarı, göy əsas
gözəçarpan rənglərdir. Qəhvəyi, yaşıl, sürməyi rənglər
isə daha çox elementlərin kənarlarında və haşiyə zolaq-
larında işlədilmişdir. Rənglər qanunauyğunluqla pay-
laşdırıldığı üçün bir-birinə qarışmamış, aralarında ardı-
cıllıq gözlənilmişdir.
Kilimin yuxarı və aşağı hissələrində boz rəngli saçaqlar
vardır. Kilimin əriş və arğacı yundur. Saxlanma vəziyyəti
əladır. Kilim tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
1...,269,270,271,272,273,274,275,276,277,278 280,281,282,283,284,285,286,287,288,289,...362