271
Bu kilim toxunuşuna görə yüksək keyfiyyətli kilimlərdən hesab oluna
bilər. Kilimin kompozisiya həllində kiçik ornamentlər üstünlük təşkil edir.
Miniatür ölçülü güllər zəngin rəng çalarları ilə təqdim edilib. Kilimlərin
naxışı, adətən, həndəsi formada olur. Amma şaquli xətlər yarıq əmələ
gətirdiyinə görə kilimin davamlılığına mənfi təsir göstərirdi. Buna görə
də az çıxıntılı və çəp düzülüşlü naxışlardan istifadə edilirdi. Kilim olduq-
ca sıx toxunsa da, çox zərif və yüngüldür. Köçmə həyat tərzi keçirən in-
sanların toxuduqları xalça və xalça məmulatları rahat daşınmaq üçün incə
toxuma üsulu tələb edirdi.
“Butalı“ kompozisiyası əsasında tərtib edilən bu kilimin bədii quruluşu
ara sahə və haşiyə hissəsindən ibarətdir.
Kilim nadir rast gəlinən kompozisiya quruluşuna malikdir. Ənənəvi “ki-
lim” kompozisiyalarından fərqli olaraq, bu kilimdə “kilimgülü”, kənarları
dilikli və pilləli dördbucaqlı elementlər deyil, “buta” elementləri təsvir
edilmişdir.
Qırmızı yerlikli ara sahənin mərkəzində açıq-qəhvəyi-şəkəri rəngli
böyük ölçülü dördbucaqlı medalyon vardır. Böyük ölçülü medalyo-
nun içərisində ağ yerlikli, nisbətən kiçik ölçülü dördbucaqlı medalyon
yerləşdirilmişdir.
Böyük ölçülü dördbucaqlı medalyonun içərisi ağ, qara, açıq və tünd-
qırmızı, çəhrayı rəngli müxtəlif ölçülü gül-çiçək və yarpaq təsvirləri ilə
bəzədilmişdir.
Kiçik ölçülü dördbucaqlı medalyon isə açıq-qəhvəyi-şəkəri, qara, qırmı-
zı və çəhrayı rəngli gül-çiçək, kiçik ölçülü üçbucaqlı və “buta” elementləri
ilə bəzədilmişdir.
Böyük ölçülü göl xaricdən, sağ və sol hissələrdən kilimlərə məxsus
“keçirtmə” adlanan elementlə, aşağı və yuxarı hissədən isə eyni rəngli
“su”larla haşiyələnib. Haşiyə bəzəyini təşkil edən digər elementlər isə
yenə eyni tərzdə, lakin qara yerlikdə işlənib. Sağ və sol hissədəki qara yer-
likli haşiyədə “kilimgülü” və “buta” elementləri açıq-qəhvəyi, ağ, qırmızı,
çəhrayı, qara rənglərlə işlənmişdir.
Aşağı və yuxarı hissədəki qara yerlikli haşiyə isə bir-biri ilə dalğavari
xətlərlə birləşmiş şəkəri, ağ, çəhrayı, qırmızı rəngli, yuxarı hissəsi “ox”
şəkilli elementlər və kiçik ölçülü butalarla bəzədilib.
Kiçik ölçülü göl sağ və soldan çəhrayı və ağ rəngli “keçirtmə”, “zəncirə”, aşa-
ğı və yuxarı hissədən isə ağ, çəhrayı rəngli məda­xillərlə haşiyələn­miş­dir.
Ara sahə boyunca şaquli istiqamətdə bir-birinin ardınca düzülmüş
ağ, çəhrayı, qara, açıq-qəhvəyi-şəkəri, qırmızı rənglərlə işlənmiş “buta”
elementləri kilimin kompozisiyasını daha da dolğunlaşdırır.
Azərbaycan xalçalarının bədii tərtibatında “buta” elementlərindən çox
istifadə edilir. “Buta”nın bir çox növləri mövcuddur. Onlardan biri də bu
kilimdə təsvir olunan “baş-ayaq buta”lardır.
Ara sahənin digər boşluqları açıq-qəhvəyi-şəkəri, ağ, qara, çəhrayı,
şəkəri rəngli müxtəlif formalı doldurucu elementlərlə doldurulmuşdur.
Kilimin haşiyə bəzəyi də çox rəngarəng və müxtəlifdir. Ara sahə
və haşiyələr sağ və soldan ağ, qara, qırmızı, şəkəri rəngli “keçirtmə”
elementləri ilə, aşağı və yuxarı hissələr isə şəkəri, ağ, qara, qırmızı
rəngli “su” və açıq-qəhvəyi-şəkəri, ağ rəngli “siçandişi” elementləri ilə
haşiyələnib.
Kilimin “keçirtmə” və “su” elementləri arasında yerləşən ara haşiyələri
sağ-sol, aşağı, yuxarı olmaqla cüt-cüt təkrarlanır. Ağ, şəkəri yerlikli
haşiyələrdə qara, qırmızı və açıq-qəhvəyi-şəkəri rənglərlə işlənmiş kiçik öl-
çülü elementlər təsvir edilmişdir. Qara yerlikli haşiyələrdə isə mərkəzdəki
medalyonun haşiyə bəzəyini təşkil edən eyni elementlər təkrarlanır.
Bir-biri ilə dalğavari xətlərlə birləşmiş şəkəri, ağ, çəhrayı, qırmızı, mavi
rəngli, “ox”şəkilli elementlər və kiçik ölçülü “buta”lar haşiyələri daha da
zənginləşdirir.
Kilimin rəng seçimi də bədii quruluşu kimi çox baxımlıdır. Rənglər
ustalıqla paylaşdırılmış, rəng zənginliyi xalçanın bədii keyfiyyətini
yüksəltmişdir. Qırmızı və açıq-qəhvəyi-şəkəri rənglərə üstünlük verilən
bu kilim hər kəsdə çox canlı təəssürat yaradır. Digər rənglər isə nisbətən
az işlədilmişdir.
Öz kolorit xüsusiyyətləri etibarilə yüksək peşəkarlıqla tərtib edilmiş bu
kilim hər bir kəsin zövqünü oxşayan gözəl bir sənət nümunəsidir.
Kilimin əriş və arğacı yundur.
Kilim elmi, bədii, tarixi, əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
1...,261,262,263,264,265,266,267,268,269,270 272,273,274,275,276,277,278,279,280,281,...362