307
Xalçanın ara sahəsini zoğalı yerlikli haşiyə əhatə edir. Xalçanın ara sahəsindəki zoğalı yerlikli
rapportlardakı mavi rəngli dalğavari budaqlar və onlardan şaxələnən kiçik ölçülü, güllü-çiçəkli,
yarpaqlı budaqların rəngləri sağ və sol haşiyələrdə də təkrarlanır.
Xalçanın aşağı hissəsindəki zoğalı yerlikli haşiyədə, mavi rəngli dalğavari budaqların arasındakı
boşluqlarda qəhvəyi yerlikli buta təsvirləri vardır. Butaların içərisində güllü, yarpaqlı budaqlar
işlənmişdir. Güllər sürməyi, budaqlar şəkəri, yarpaqlar mavi, kənarlarındakı “su”lar isə zoğalı
rənglə tərtib edilmişdir. Aşağı hissədəki haşiyənin boşluqları sürməyi, qəhvəyi, şəkəri rənglərlə
işlənmiş güllərlə və yarpaqlarla doldurulmuşdur.
Xalçanın ana haşiyəsi xaricdən içərisində sürməyi rəngli budaqlar, qırmızı, şəkəri və qəhvəyi
rəngli güllər və yarpaqlar işlənmiş, mavi yerlikli ensiz bala haşiyə ilə əhatə olunmuşdur. Bala
haşiyənin kənarları qəhvəyi, qırmızı, şəkəri rəngli “su”larla tamamlanır.
Xalça ilk baxışdan sadə görünməsinə baxmayaraq, kiçik ölçülü nəbati elementlərlə zəngindir.
Xalçada səkkiz rəng çalarından istifadə edilmişdir. Bitki motivlərinin kiçik ölçülü olmasına bax-
mayaraq, isti və soyuq rənglərin düzgün tərtib edilməsi nəticəsində hər kəsə rahatlıq gətirən rəng
düzümü yaradılmışdır.
Xalça yüksək tarixi, bədii, elmi əhəmiyyət kəsb edir. Xalçanın müəyyən hissələrində bərpa işləri
aparılıb.
Xalçanın xovu yun, əriş və arğacı isə pambıqdandır.
1...,297,298,299,300,301,302,303,304,305,306 308,309,310,311,312,313,314,315,316,317,...362