336
Bu tip xalçalar ilmələrinin yüksək sıxlığı ilə seçilir. Məhz bu cəhət mürəkkəb quruluşlu kompozi-
siyanın elementlərinin incəliklə görünməsinə imkan yaradır. Kəskin rəng çaları ümumi görünüşə
dinamika bəxş etməklə, toxucunun ən incə detalları belə aydınlıqla əks etdirməsinə kömək edir.
Xalçanın xovunun uzunluğu onun uzunömürlü olmasına xidmət etdiyi üçün bu tip xalçalara bö-
yük tələbat vardır.
Zəngin naxış tərtibatına malik olan bu xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən
ibarətdir.
Qırmızı yerlikli ara sahədə yuxarı və aşağı hissələri mehrabşəkilli, şəkəri yerlikli, böyük ölçülü göl
yerləşdirilmişdir. Gölün içərisində dördbucaqlı formaya malik olan medalyon təsvir edilmişdir.
Medalyonun yuxarı və aşağı hissələrində beşbucaqlı çıxıntısı olan və toxucular arasında “Qübbə”
adlandırılan element yerləşmişdir. Qırmızı yerlikli bu medalyonun mərkəzində sürməyi rəngli
rombvari medalyon vardır. Medalyonun içərisi gül-çiçək və yarpaq motivləri ilə bəzədilib. Güllər
şəkəri, çəhrayı, sarı, narıncıya çalan qırmızı, firuzəyə çalan mavi, yaşıl, sarı, qəhvəyi rənglərlə
tərtib edilmişdir. Sürməyi yerlikli medalyonun kənarları çəhrayı, yaşıl, və qara rənglərlə işlənmiş
pillələrlə tamamlanır.
Dördbucaqlı medalyonun içərisindəki boşluqlar rombvari, buta, dörd, beş, səkkizləçəkli güllər
və yarpaqlı budaqlarla bəzədilmişdir. Dördbucaqlı medalyonun yuxarı və aşağı hissələri xaricdən
dalğavari, sağ və soldan isə eyni rəngli düz xətlə əhatə olunub. Daxildən isə qarmaqlı çıxıntılar
olan sumağı rəngli zolaqla əhatə olunub. Şəkəri yerlikli gölün içərisində sürməyi, tünd və açıq-
1...,326,327,328,329,330,331,332,333,334,335 337,338,339,340,341,342,343,344,345,346,...362