61
Nizami poemalarının motivləri əsasında toxunmuş “Xosrov və Şi-
rin“ mövzulu süjetli xalçalar bizə məlum olan ən qədim xalçalardan-
dır.
Xalçalarda süjetlərin seçilməsi və təsvir XVI əsr Təbriz miniatür təsviri
sənət nümunələri ilə eynilik təşkil edir. Ənənəvi miniatür obrazların ümumi
dekorativ naxışlarla üzvi surətdə bağlılığı xalça ustalarının zərif kompozisiya
mədəniyyətinə və nadir üslub xüsusiyyətinə malik olduğuna dəlalət edir.
Zəngin kompozisiyaya malik olan bu xalça təcrübəlı xalçaçılar tərəfindən toxun-
muşdur.
Xalçanın kompozisiyası süjetli səhnə, haşiyələr isə “kətəbəli“ quruluş əsasında
tərtib edilmişdir. Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xos-
rov və Şirin” poemasına həsr edilmiş bu xalçanın ara sahəsinin ətrafında poemadan
müxtəlif fraqmentlər verilmişdir.
Xalçada qırmızı atın üstündə şah Xosrovun təsviri var. At belində olan Xosrovun
əlindəki silah və əynindəki geyim onun ova çıxdığını göstərir. Xosrov ov bəhanəsi ilə
Şirinin qəsrinə gəlib. Xalçada iki qadın təsviri var. Yazılmış parçalar əsasında demək
olar ki, təsvirlərdən yuxarıdakı Şirin, atın yanında olan isə kənizidir. Şirinin əlində
gül dəstəsi, kənizin əlində isə Şirinin Xosrova olan hədiyyəsidir. Şirin öz qəsrinin
pəncərəsindən Xosrova baxır. Xalçanın yuxarı sağ küncündə ev və digər tikililər bu-
ranın abad şəhər olduğuna işarədir. Xosrovun başındakı tac bu görüşün atası Hör-
müzün ölümündən sonra taxta çıxdığı vaxt baş verdiyini göstərir. Ağac, göl və balıq
təsvirləri qəsrin gözəl bir bağda yerləşdiyini göstərir.
Xalçanın mərkəzində “Xosrovun Şirinin qəsrinə getməsi” (
)
sözləri yazılmışdır.
1...,51,52,53,54,55,56,57,58,59,60 62,63,64,65,66,67,68,69,70,71,...362