59
Kənar haşiyə xaricdən kərpici, ağ rəngli “mollabaşı”lar işlənmiş mədaxillə, daxildən isə qara rəngli “su”larla tamamla-
nır. Xalçanın ara sahəsi, içərisində budaqlarda sürməyi kərpici rəngli güllər və yaşıl rəngli yarpaqlar işlənmiş ağ yerlikli
mədaxillə əhatə olunub. Budaqlar dalğavari düzülüşlə tərtib edilib. Mədaxili xaricdən içərisində doğanağabənzər və kiçik
ölçülü, cüzi nəzərəçarpan üçbucaqlı motivlər işlənmiş ağ yerlikli zəncirə əhatə edir.
Xalçanın ipləri təbii boyalarla boyanmış və burada on beşdən çox rəngdən istifadə olunmuşdur. Xalça yaxşı vəziyyətdə
saxlanmış və istifadə müddətində divardan asılmışdır. Xalçanın xovu yun, əriş və arğacı isə pambıqdandır. Xalça tarixi,
bədii, elmi əhəmiyyət kəsb edir.
/
(Mənim vücudumdan qaçma, mən sənə heç nə
etməyəcəyəm).
/
(Mən şah deyiləm, mən qeybdənəm. Dünyanın əsrarı mənim
əlimdədir).
/
(Məndən qaçma, nə müşkülün varsa, onu mən həll
etməliyəm. Sən harada olsan, mənim varlığımı hiss edərsən).
/
(İsa bünövrədən bir düz adam – peyğəmbər olacaq.
Yenə də Məryəmin bədəninə lərzə düşdü. Məryəm qorx-
du).
/
/
(Məni hər tərəfdə hiss edə bilərsən, hansı zamanda, hansı məkanda olsan, mən də səninləyəm).
/
(Yenə də: “İsa haqdır”, – dedi. İsa haqdır, halaldır.
Allah istədi, Məryəm hamilə qaldı).
/
(Məryəm özünü elə aparırdı ki, elə bil, bir mələyə bənzəyirdi. İsanın da sifəti insanları cəlb edirdi.
Məryəmin üzü yer üzündə düzgün bir insan kimi və eynən gün kimi insana ruh verirdi).
1...,49,50,51,52,53,54,55,56,57,58 60,61,62,63,64,65,66,67,68,69,...362