72
Xalçanın ana haşiyəsində o döv-
rün ovçularının at üstündə, müxtəlif
vəhşi heyvanların və quşların təs­
virləri vardır. Müxtəlif rəngli milli
geyimli ovçular və heyvanlar (do-
nuz, vəhşi öküz, şir, maral, dağkeçi-
si, dovşan və digər heyvanlar) təsvir
edilmişdir. Ana haşiyənin kənarları
hər iki tərəfdən güllərlə, yarpaqlar-
la bəzədilmiş bala haşiyələrlə əhatə
olunub.
Xalçanın aşağı hissəsində sağdan-sola saat əqrəbi istiqamətində kətəbələrdə böyük şair Sədi Şirazinin qəzəlindən beytlər
verilmişdir:
“گردست رسدهزارجامن
درپای مبارکت فشامی”
(Əgər min canım da olsa, sənin yo-
lunda qurban verməyə hazıram).
“آخربسرم گذرکن ایدوست
انگارکه خاک استامی”
(Ey dost, bir gün bizə də baş çək, biz
də bacardığımız kimi sənə qulluq edək).
“هرحکمکه برسرم برانی
سهانست زخویشنت مراسم”
(Sən hər nə hökm etsən, mən sənə
“gözlərim üstə” deyərəm).
1...,62,63,64,65,66,67,68,69,70,71 73,74,75,76,77,78,79,80,81,82,...362