71
Nadir şah Əfşara həsr edilmiş xalçalar müxtəlif süjetli səhnələrlə tərtib edilmişdir. Bu xalçalar arasında Nadir şah Əfşar,
çevrəsində Mirzə Mehdi xan, Allahverdi xan və ikinci səhnədə Nadir şahla xanımı təsvir edilmiş süjetli xalça çox mürəkkəb
kompozisiyası ilə seçilir. Xalçanın kompozisiyası ciddi, real, canlı və dolğun qurulmuşdur. Burada fiqurlar təkcə süjet baxı-
mından deyil, eyni zamanda, diqqəti cəlb edən zərif dekorun tərkib hissəsi olan naxış kimi qavranılır.
Xalça bütövlükdə süjetli səhnələrlə tərtib edilmişdir.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir. Nadir şah Əfşara həsr edilmişdir.
Şəkəri yerlikli ara sahənin yuxarı hissəsində, mərkəzdə Nadir şahın başı üstündə Nadir şah Əfşarın adı (
) nəstəliq
xətti ilə yazılıb. Ara sahənin sağ hissəsində Mirzə Mehdi xanın başı üstündə “
” (Mirzə Mehdi xan) yazılmışdır.
Mirzə Mehdi xan Məhəmməd Nəsirin oğlu olmuşdur və Nadir şah Əfşarın sənədlərinin tərtibatçısı idi. Mirzə Mehdi xan
İsfahanda dərs almış və Qurani-Kərim ayələrini çox gözəl bilirdi. Mirzə Mehdi xanın libası üzərində “buta”motivləri var-
dır. Məhəmməd Əli xan Tərbiyət Təbrizli Mirzə Mehdi xanın nəvəsidir. Xalçanın ara sahəsinin sol hissəsində Allahverdi
xanın təsviri verilib. Onun başı üstündə “
” (Allahverdi xan) nəstəliq xətti ilə işlənib. Allahverdi xan I Şah Abbasın
dövründə yaşamışdır. Onun məzarı Məşhəddə, İmam Rza məzarlığındadır. İsfahan şəhərində Zayəndə çayının üstündəki
otuz üç aşırımlı körpü Allahverdi xanın əsəridir. Xalçanın yuxarı hissəsində o dövrün binasının daxili divarları və sütunları
əks olunmuşdur. Binanın içərisində Nadir Şah öz taxtında əyləşib. Xalçanın ara sahəsini açıq-qəhvəyi yerlikli haşiyə əhatə
edir. Haşiyənin içərisində altı şəkəri yerlikli kətəbə yerləşdirilmişdir.
Ara sahənin aşağı hissəsində, sağda Nadir Şah Əfşar, sol hissədə isə Nadir şahın xanımı təsvir edilmişdir. Nadir şah
Əfşarın və onun xanımının yanında içərisində gül dəstəsi olan güldan təsvir edilib. Güldanın üzəri Təbriz dekorativ-tətbiqi
sənətinin müxtəlif sahələrində təsvir edilən elementlərlə işlənmişdir. Xalçanın mərkəzində Nadir Şah Əfşarın taxtının
çevrəsində dibçəklər təsvir edilib.
1...,61,62,63,64,65,66,67,68,69,70 72,73,74,75,76,77,78,79,80,81,...362