95
Hökmdar obrazı ilə diqqəti cəlb edən bu xalçada kompozisiyanın gözəlliyinə, real, canlı və dolğun qurulmasına da diqqət
yetirilmişdir. Təcrübəli sənətkarlar xalçada yalnız öz bədii ideyalarını, klassik formanı dəqiqliyi ilə nəzərə çatdırmaq deyil,
plastik çizgilərin canlı və zərif dəyişkənliyi, onların bütöv halda culğalaşması ilə həyata keçirilməsinə nail olmuşlar. Sadəlik
və zəriflik, təbiilik və yüksək harmonik ideyalar Təbriz sənətkarları tərəfindən böyük sənətin əsası kimi təqdim edilmişdir.
Xalçanın quruluşu süjetli göl və “Əfşan” kompozisiyası əsasında tərtib edilmişdir. Səfəvilər dövründən bəri toxunan bu
xalçalar sonrakı dövrlərdə də məşhur olmuşdur. Toxucular arasında bu xalça “Şah Abbası” adlandırılır. Xalçadakı əsas
elementlər İslamdan əvvəlki dövrlərə aiddir. O dövrlərdə bu tipli xalçalara “Nar gülü” və “Pələng pəncəli” xalçalar deyi-
lirdi. İslamdan əvvəlki dövrlərdə bu elementlər xalq arasında müqəddəs elementlər sayılırdı. Səfəvilər dövründən məşhur
olan bu kompozisiya ilə toxunan xalçalar Təbrizdə daha çox toxunurdu və hal-hazırda da toxunur.
Xalçanın bədii quruluşu çox zəngin ara sahə və haşiyə hissələrindən ibarətdir. şəkəri yerlikli ara sahənin mərkəzində
kənarları onikiləçəkli medalyon yerləşdirilmişdir. Medalyonun içərisində Şah Abbas taxtda əyləşmiş halda təsvir edilmiş-
dir. Şahın sağ tərəfindəki döyüşçülər (sərbazlar) isə saray əsgərləridir. Ara sahənin boşluqlarında nəbati elementlər, heyvan
1...,85,86,87,88,89,90,91,92,93,94 96,97,98,99,100,101,102,103,104,105,...362