96
və quş təsvirləri verilmişdir. Heyvan və quş təsvirləri cüt-cüt işlənmişdir. Ara sahədəki bəbir, aslan, pələng, cüyür ovlayan
pələng, ceyranın üzərinə sıçrayan bəbir və üç cüt quş təsvirləri xalçanın bədii tərtibatını daha da zənginləşdirir.
Xalçanın sürməyi yerlikli ana haşiyəsi çox zəngin naxış tərtibatına malikdir.
Ana haşiyədə on iki mehrabşəkilli medalyon yerləşdirilib. Medalyonlardan ikisi sumağı rəngə çalan tünd-qəhvəyi, ikisi
şəkəri, dördü maviyə çalan açıq-yaşıl, digər dördü isə çəhrayı rənglə tərtib edilmişdir. Maviyə çalan açıq-yaşıl yerlikli me-
dalyonlar birtağlı, qalanları isə ikitağlıdır.
Xalçanın yuxarı hissəsində ana haşiyənin mərkəzində sumağı rəngə çalan qəhvəyi yerlikli medalyonun içərisindəki səhnə
şahla vəzirlərinin məşvərətini göstərir. Xalçanın yuxarı künclərində ana haşiyədəki açıq-yaşıl yerlikli medalyonlarda bir
kişinin üstünə atılan şiri oxla vuran şahın təsviri verilib. Bu təsvir şahın qüdrətini göstərir. Bu təsvirlər “Şahnamə”dən gö-
türülmüşdür.
Xalçanın aşağı hissəsində, ana haşiyənin mərkəzindəki sumağı rəngə çalan qəhvəyi yerlikli medalyonun içərisində narıncı
gövdəli, boz çiçəkli, ağ yarpaqlı ağac və cüyürü qovan şir təsviri verilmişdir.
Aşağı hissədə, ana haşiyənin sağ və sol künclərindəki medalyonların içərisində qəhvəyi güllü ağac, qəhvəyi, qara rəngli
şir təsvir edilmişdir. Bu təsvirlər şahın şir kimi güclü, ağac kimi qamətli olduğuna işarədir.
Xalçanın yuxarı hissəsində, sağ və solda ana haşiyənin içərisində yuxarıdan-aşağı istiqamətdə ikinci çəhrayı yerlikli me-
dalyonun içərisində zürafə ovlayan pələng təsviri vardır. Bu təsvir güclünün gücsüz üzərində qələbəsini göstərir.
1...,86,87,88,89,90,91,92,93,94,95 97,98,99,100,101,102,103,104,105,106,...362