102
Bu xalça ilk baxışdan Şirvan xalçalarını xatırladır. Burada təsvir edilmiş həndəsi naxışlar Şirvan xalçaları ilə eyni-
lik təşkil ­etsə də, Təbriz xalça məktəbinin təsiri ilə özünəməxsus forma alıb. Xalçanın yeləninin bitki və quş təsvirləri ilə
zənginləşdirilməsi ona fərqli görünüş verir. Xalçanın xarakterik cəhətlərindən biri də onun nəbati elementlərlə yanaşı, qa-
rışıq həndəsi naxışlarla bəzədilməsidir.
XIX əsrdə Qacarlar hakimiyyətinin güclənməsi və onun xarici ölkələrlə uğurlu iqtisadi əlaqələri xalçaçılığın inkişafına
da təkan vermişdir. Bu dövrdə ənənəvi naxışlarla toxunmuş xalçalarla yanaşı, qarışıq bəzək elementləri ilə zəngin olan
nümunələrə də rast gəlinir.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir. Sürməyi yerlikli ara sahə xalça boyu və xalçanın eni
istiqamətində düzülmüş kiçik ölçülü, cüzi nəzərəçarpan ağac motivləri ilə bəzədilmişdir. Ağac motivlərinin yuxarı hissəsi
mehrabşəkillidir.
Xalçada təsvir edilən ağaclar kərpiciyə çalan qırmızı rənglə, kənarları isə ağ rənglə tərtib edilmişdir. Xalçanın ara sahəsini
sarı yerlikli ensiz haşiyə əhatə edir. Haşiyənin içərisində tünd və açıq-qəhvəyi, sürməyi, mavi, zoğalı, moruğu rənglərlə
işlənmiş “buta” motivləri vardır. Yerli toxucular arasında bu butalar “gəzən buta” adlandırılır. Sarı yerlikli ensiz haşiyə hər
iki tərəfdən tünd-qəhvəyi rəngli “su”larla əhatə olunub.
Xalçanın şəkəri yerlikli ana haşiyəsində gül-çiçək və yarpaqlarla bəzədilmiş ağac təsvirləri vardır. Ağacların gövdəsi, bu-
daqları qəhvəyi və kərpici rənglə, güllər tünd-qırmızı, sarı, moruğu, kənarları isə qəhvəyi və tünd-qırmızı rənglə işlənmişdir.
Aşağı və yuxarı hissələrdəki ana haşiyələrdə, ağacların gövdəsi və budaqları yaşıl və qəhvəyi rənglə, güllər qırmızı, sarı,
qəhvəyi, mavi, moruğu, yarpaqlar isə qəhvəyi-yaşıl rənglərlə tərtib edilmişdir. Xalçanın yuxarı hissəsinin solunda, ana
haşiyənin içərisində kiçik ölçülü cüzi nəzərəçarpan, yaşıl, qırmızı, qəhvəyi rənglərlə işlənmiş it təsvirləri vardır.
Eyni təsvirlər sol haşiyənin boşluqlarında və aşağı hissədə haşiyənin sağ və sol künclərində də verilmişdir. Haşiyədəki
ağacların budaqlarında üzünü arxaya çevirmiş, stilləşmiş qoşa quş təsvirləri vardır. Quşlar mavi, qırmızı, tünd-qəhvəyi,
qanadları isə çəhrayı-mavi, qırmızı-qəhvəyi-çəhrayı, qəhvəyi-sarı rənglərlə tərtib edilmişdir. Şəkəri yerlikli ana haşiyə hər
iki tərəfdən içərisində spiralşəkilli elementlərlə bəzədilmiş bala haşiyələrlə əhatə olunmuşdur.Bala haşiyələr aşağı və yuxarı
hissələrdə açıq-qəhvəyi, sağ və sol hissələrdə isə açıq-qəhvəyi və çəhrayı yerliklə tərtib edilmişdir. Spiralşəkilli elementlərin
1...,92,93,94,95,96,97,98,99,100,101 103,104,105,106,107,108,109,110,111,112,...362