99
Xalça “Butalı“ kompozisiyası əsasında tərtib
edilmişdir. Bu tip naxışlı xalçalara Şəmkirin
Qara­cəmilli kəndində, həmçinin Gədəbəyin
kəndlərində də rast gəlmək olar.
Xalça bədii quruluşuna görə ara sahə və haşiyə
hissəsindən ibarətdir.
Xalçanın şəkəri rəngli yerliyində sağ və sol
istiqamətdə düzülmüş böyük ölçülü on iki buta
təsvir edilmişdir. Butalar iç-içə, ağ və çəhrayı
rənglərlə tərtib edilmişdir.
Buta xalçaçılıq sənətində geniş yayılmış
bəzək elementlərindən biridir. Butanın doxsa-
na yaxın çeşidi məlumdur. Xalçada təsvir edilən
buta isə “çiçəkli buta”dır. Butaların ətrafında,
eyni zamanda, ara sahənin digər boşluqların-
da müxtəlif formalı və müxtəlif ölçülü nəbati,
həndəsi elementlər və kiçik ölçülü stilizə olun-
muş “buta”lar işlənmişdir.
Nəbati elementlərdən göy, qırmızı, sürməyi,
yaşıl rəngli gül-çiçək, yarpaq və budaq təsvirləri,
həndəsi elementlərdən isə kiçik xaçvari, romb
və dördbucaqlı elementlər xalçaya tamamlayıcı
gözəllik verir. Ara sahəni qırmızı rəngli “su”lar
əhatə edir.
Qırmızı yerlikli ana haşiyədə ağ, sürməyi, qır-
mızı, sarı rəngli həndəsi elementlər təsvir edil-
mişdir.
Sürməyi rəngli bala haşiyələrdə isə kiçik ölçü-
lü üçbucaqlar və “çarx” adlandırılan elementlər
vardır. Haşiyələr bir-birindən qırmızı, ağ, sarı
rəngli “su”lar və sürməyi rəngli “siçandişi”lərlə
ayrılır.
Xalçada ağ, qırmızı, sürməyi və mavi rənglər
üstünlük təşkil edir. Təbriz qrupuna aid olan
rəng prinsiplərinə düzgün əməl edilmişdir. Ara
sahədəki motivlərin rəngi ilə haşiyə motivlərinin
rəngi uzlaşdırılaraq xüsusi ahəng yaradılmışdır.
Xalçanın baş və ayaq tərəflərində qaşqay
kilimlərində olduğu kimi naxışlı haşiyənin
olması bu xalçanın qaşqaylara aid olmasını
göstərir. Kiçik ölçülü olduğuna görə bu xalça da
alaçıqda istifadə edilmək üçün nəzərdə tutulub.
Xalçada ağ rəngdən daha çox istifadə edilib. Bu
isə alaçıq xalçalarına xas xüsusiyyətdir. Çıraq-
la işıqlandırılan alaçığa ağ rəngli xalı salınardı
ki, içəri daha işıqlı görünsün. Ağ rəng həm də
yarımköçəri həyat tərzi sürən bu insanlara ruh
yüksəkliyi gətirir, onların həyat eşqini artırırdı.
Xalçanın aşağı və yuxarı hissələrində boz rəngli
yun saçaqlar vardır.
Xalçanın saxlanma vəziyyəti əladır. Bədii, ta-
rixi, elmi əhəmiyyətə malikdir. Xalçanın xovu,
əriş və arğacı yundur.
1...,89,90,91,92,93,94,95,96,97,98 100,101,102,103,104,105,106,107,108,109,...362