103
mərkəzində kənarları dilikli, rombvari formaya malik olan motivlər təsvir edilmişdir. Bu motivlər spiralşəkilli xətlərlə
birləşərək, bütövlükdə latın əlifbasının “S” hərfinə bənzər bir forma almışdır. Bu elementlər çəhrayı, mavi, zoğalı, sarı,
şəkəri, açıq və tünd-qəhvəyi rənglərlə işlənmişdir.
Xalçanın zoğalı yerlikli bala haşiyələri kiçik ölçülü, uzun formalı altıbucaqlı kətəbələrlə bəzədilmişdir. Kətəbələr mavi,
çəhrayı, sarı, açıq-yaşıl, tünd və açıq-qəhvəyi, kərpici, şəkəri rənglərlə tərtib edilmişdir. Kətəbələrin içərisində yarımçıq
həndəsi formaya malik olan üçləçəkli gül təsvirləri və kənarları dilikli “nal”şəkilli motivlər təsvir edilmişdir. Kətəbələrin
kənarları qara “su”larla işlənmişdir. Zoğalı yerlikli haşiyələrin kənarları qara rəngli “su”larla tamamlanır.
Zoğalı yerlikli xarici bala haşiyə daxildən mavi, qəhvəyi qarmaqlı, xaricdən isə içərisində zoğalı tünd və açıq-qəhvəyi,
qarpızı, çəhrayı, mavi, sarı, ağ, qara rəngli “buta”larla bəzədilmiş açıq-yaşıl yerlikli mədaxillərlə əhatə olunmuşdur. Xal-
çanın tünd-qırmızı yerlikli daxili bala haşiyəsi xaricdən tünd-qəhvəyi yerlikli, daxildən isə sarı yerlikli mədaxillərlə əhatə
olunmuşdur. Mədaxillərin içərisində zoğalı, mavi, sarı, çəhrayı, qarpızı, açıq və tünd-qəhvəyi, ağ, şəkəri rənglərlə işlənmiş
“buta”lar təsvir edilmişdir. Tünd-qəhvəyi yerlikli xarici bala haşiyə altıbucaqlı həndəsi elementlərlə, yuxarı hissədə isə
“buta” motivləri ilə bəzədilmişdir. Butalar sarı, mavi, tünd və açıq-qəhvəyi, çəhrayı, ağ, yaşıl rənglərlə tərtib edilmişdir.
Sağ, sol, aşağı və yuxarı haşiyələrdəki altıbucaqlı elementlərin içərisindəki çiçəklərin rəngi daxili qəhvəyi yerlikli haşiyədəki
butaların rəngi ilə eynidir. Xalça əlvan və rəngarəng iplərdən toxunub. Bu xüsusiyyət bu tip xalçaların geniş yayılmasına
səbəb olub.
Xalçanın koloritində rəng prinsiplərinə düzgün əməl edilməklə, rəng uzlaşmalarında sərbəstlik müşahidə olunur. Xalça-
nın ara sahəsinin rəngləri sadə və azsaylı olmasına baxmayaraq, haşiyələrdəki çoxsaylı rənglərin yüksək peşəkarlıqla uzlaş-
ması nəticəsində heyrətamiz dərəcədə ahəngdarlığa nail olunmuş və çox baxımlı bir rəng düzümü yaradılmışdır. Xalçadakı
rəng palitrası digər xalçalardan fərqlidir. Xalçanın orijinal rəng uzlaşması onun bədii keyfiyyətini yüksəldir. Rənglərin pay-
laşdırılmasında qanunauyğunluq müşahidə olunur. Xalçada ara sahənin rənglərinin son dərəcə ciddiliyi sakitlik, rahatlıq
duyğusu gətirir. Haşiyədəki isti və soyuq rənglərin parlaqlığı və şuxluğu isə xoş əhvali-ruhiyyə yaradır.
Xalçanın xovu yun, ərişi və arğacı pambıqdır. Saxlanma vəziyyəti ortadır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,93,94,95,96,97,98,99,100,101,102 104,105,106,107,108,109,110,111,112,113,...362