105
Bu xovlu xalça məmulatı bir çox yerlərdə “Qacar”, yaxud da “yəhərüstü” adlanır.
Onun “Qacar” adlandırılması Qacarlar sülaləsinin hakimiyyəti dövründə toxunması və
istər sərkərdələrin, istərsə də yerli nümayəndələrin belə yəhərüstü xalça məmulatından
is­tifadə etməsi ilə bağlı idi. Bu tip xalça məmulatları, adətən, xüsusi sifarişlə toxunar-
dı. Xanlar, bəylər və sərkərdələr rəiyyətdən seçilmək üçün atlarının yəhərinə belə xal-
çalar keçirərdilər. Bu xalçalar yəhərin ölçüsünə uyğun olaraq, kiçik ölçüdə toxunardı.
Yə­hərüstünün ön hissəsinə onu yəhərin qaşına keçirmək üçün həmin ölçüdə yarıq qoyu-
lardı. Əksər hallarda yəhərüstünün kənarlarına saçaqlar salınar və ya xalçanın rəngi ilə
həmahəng olan qotazlar tikilərdi. Yəhər xalçası ilə at çulunu qarışdırmaq olmaz. Onları
bir-birindən fərqləndirən cəhətlər var. Çulun qabaq tərəfi atın boynunu və sinəsini, arxa
hissəsi isə belini və yanlarını örtməli idi. Buna görə də at çulu qoşaqanadlı formada toxu-
nardı. Yəhər xalçasında isə belə “qanadlar” olmur.
Yəhərüstünün quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Bu məmulat Təbriz qrupunda geniş yayılmış “Balıq” kompozisiyası əsasında toxun-
muşdur. Digər “Balıq” kompozisiyalı xalçalarda olduğu kimi, bu xalça məmulatının da
özünəməxsus və sərbəst kompozisiyası yoxdur. O, “Əfşan” kompozisiyası əsasında qu-
rulmuşdur. Fərqli cəhəti ondan ibarətdir ki, “Əfşan” xalçalarının əksinə olaraq, “Balıq”
xalçasının kompozisiyasını kiçik məsafəli rapportlar təşkil edir.
Kərpiciyə çalan qırmızı yerlikli ara sahədə mavi rəngli, kənarları dilikli yarpaqlar vardır.
Bu xalça məmulatında təsvir edilən bu yarpaqlar kiçik balığa bənzədiyi üçün toxucular bu
elementləri “balıq”adlandırmışlar. Bu tipli “balıq” motivlərinə Quba qrupunun “Herat-
Pirəbədil”, Qarabağ qrupunun “Balıq”, Bakı və Təbriz qrupunun “Əfşan” xalçalarında
da rast gəlirik. Ara sahə mavi-sürməyi-çəhrayı, açıq-yaşıl-qırmızı-sürməyi, sarı-qırmızı-
mavi-sürməyi rəngli səkkizləçəkli gül və ağ-açıq-qəhvəyi-mavi-çəhrayı rəngli gül-çiçək
təsvirləri ilə doldurulub.
Ara sahədə üfüqi istiqamətdə yerləşdirilmiş sürməyi-ağ-qırmızı rəngli kiçik ölçülü
elementlər ilk baxışdan diqqəti cəlb edir.
Yəhərüstünün haşiyə quruluşu sadə olsa da, ara sahənin kompozisiyasını tamamlayır.
Məmulatın haşiyə hissəsini ensiz haşiyə, “su”lar və “siçandişi” elementləri təşkil edir.
Ara sahənin sağ və sol hissəsinin kənarlarını narıncı rəngli “su”lar əhatə edir.
Ensiz haşiyənin kənarları hər iki tərəfdən ağ rəngli “siçandişi”lərlə işlənmişdir. Bu xalça
məmulatının mavi yerlikli ensiz haşiyəsi qara, qırmızı, ağ rəngli, bir-birinə dalğavari bu-
daqlarla bağlanmış çiçəklərlə bəzədilmişdir.
“Siçandişi”lər hər iki tərəfdən kərpici rəngli “su”larla tamamlanır. Məmulatın qırmızı,
şəkəri, ağ, narıncı, sürməyi, mavi, göy, yaşıl, çəhrayı olmaqla doqquz rəng çalarından
istifadə edilmişdir.
Qırmızı rəngdən daha çox, qalan rənglərdən isə bərabər düzümlə işlədilmişdir.
Rənglər mürəkkəb şəkildə paylaşdırılmış, rəng zənginliyi məmulatın bədii keyfiyyətini
yüksəltmişdir.
Fonun aparıcı rol oynayan qırmızı rənginin enerjisi digər açıq rənglər ilə sakitləşdiril­
mişdir. Bununla da yəhərüstünün rəng tərtibatında ənənəvi kolorit prinsipinə əməl edil-
miş, rəng ahəngdarlığı yüksək peşəkarlıq və qanunauyğunluqla həll edilmişdir. Təbriz
qrupuna aid olan xalçalar üçün xarakterik olan xüsusiyyətlər bu yəhərüstüdə öz əksini
tapmışdır.
Yəhərüstünün xovu yun, əriş və arğacı pambıqdır.
Bu xalça məmulatı elmi, bədii, tarixi əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
1...,95,96,97,98,99,100,101,102,103,104 106,107,108,109,110,111,112,113,114,115,...362