17
17
Qəza idarələri Zəyəm stansiyasında yerləşməli idi. İkinci
maddəyə görə, yeni təsis edilmiş Şamxor qəzasına 34 kənd
icması verilməsi nəzərdə tutulurdu. Bunlar Qaracəmirli,
Georgiyevsk, Alabaşlı, Seyfəli, Annino, Dəllər, Keçili, Mo-
rul, Quşçu, Zəylik və b. idi. Sonrakı maddələr Şamxor
qəza idarə sisteminin təşkili və maliyyə məsələlərinə həsr
edilmişdi. Şamxor qəzasının yaradılması haqqında qanu-
nun qəbul edilməsindən sonra ölkədə vəziyyətin daha da
gərginləşməsi və Respublikanın süqutu Şamxor qəzasının
təşkilini reallaşdırmağa imkan vermədi.
Sovet Rusiyasının XI Qırmızı ordusunun hərbi əməliy­
yatı və bolşeviklərin iştirakı ilə 1920-ci il aprelin 28-də
Azərbaycanda sovet hakimiyyəti quruldu. Gəncə bu dəfə
də anti-sovet üsyanlarının mərkəzlərindən biri oldu. Üsyan
ADR ordusu zabitlərinin planı əsasında hazırlanmışdı. Üs-
yanda hərbi hissələrin zabit və əsgərləri ilə birlikdə, geniş
xalq kütlələri də iştirak etmişdi. Nəticədə üsyançıların sayı
10 min nəfəri ötmüşdü. XI Qırmızı ordu hissələri üsyanı
amansızcasına yatırmaq üçün tədbirlər hazırlamışdı. Ma-
yın 25-dən 26-na keçən gecə başlanan üsyan zamanı qısa bir
müddət ərzində şəhərin xeyli hissəsi və strateji obyektlər
ələ keçirildi. Mayın 28-də üsyançılar dairə məhkəməsi­nin
binasına toplaşıb ADR-in yaranmasının ikinci ildönümünü
qeyd etdilər. XI Qırmızı ordu rəhbərliyi üsyanı yatırmağa
nail olmaq üçün Gəncə ətrafına yeni-yeni hərbi qüvvələr
topladı. Ma­yın 31-də şəhərin şimalından əsas hücum başla-
dı. Ermənilərin və silahlı daşnak qüvvələrinin də yaxından
iştirak etdiyi hücum əməliyyatı nəticəsində üsyan yatırıldı.
Üsyançılara və şəhərə amansız divan tutuldu. Lakin sövet
hərbi qüvvələri Gəncənin azadlıq ruhunu qıra bilmədi.
Sovet hakimiyyətinin mövcud olduğu bütün dövr ərzində
Gəncə üsyanının sxemi. 1920-ci il.
Üzərində Nizami Gəncəvinin təsviri olan poçt markası. 1981-ci il.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,9,10,11,12,13,14,15,16,17,18 20,21,22,23,24,25,26,27,28,29,...100