80
80
Xalça Gədəbəy rayonunun İnəkboğan kən­
dində toxunub. Bu kənd özünün füsunkar
təbiəti, aşıq sənəti, bədii tikmə, misgərlik, du-
lusçuluq və digər sahələri ilə məşhurdur. Bu
ərazidə qoyunçuluq geniş yayılmışdı ki, bu da
xalçaçılığın inkişafına münbit şərait yaratmış-
dır. Qara, boz, çal, qumral rəngli yunun bollu-
ğu və boyaq xassəli zəngin bitki örtüyü, eyni
zamanda, min illərdən bəri naxışları yaddaşın-
da yaşadan, onu xüsusi məhəbbətlə, incəliklə
və istedadla xalçaya köçürən toxucular xalça-
larına bənzərsizlik bəxş etmişlər. İnəkboğan
kəndinin təbiətindən xalçaya hopan rənglər
parlaq və şuxdur. Kənd sənətkarları toxu-
duqları xalça, kilim, məfrəş, çul və digər xalça
məmulatlarına onları əhatə edən mənzərəni,
yaşıl çəmənləri, tər çiçəkləri və eyni zaman-
da, nəsildən-nəslə ötürülən türk tayfa dam-
ğalarını köçürmüşlər. Burada toxunan xalça-
lar onu toxuyanların yüksək mədəniyyətini,
zəngin təxəyyülünü, bədii istedadını təsdiq
edir. Bu kənd Göyçə gölü ətrafında yaşayan
azərbaycanlılarla sıx mədəni-iqtisadi əlaqədə
olmuşdur. Bu yaxınlıq məişətdə, folklorda özü-
nü daha qabarıq büruzə vermişdir. Xüsusən də
xalça sənətində istər rəng, istərsə də kompozi-
siya yaxınlığı aydın şəkildə duyulur.
Bu xalçalarda bədii ənənələr əsrlərdən bəri
formalaşmış şəkildə təcəssüm olunur. Bəzən
bir-birinə aid rənglər bir xalçanın üzərində şux
ahənglə toplanır, göz oxşayan palitra yaradır.
Sınıq, bəzən də əyri xətlərlə işlənən göllərin,
irili-xırdalı elementlərin zənginliyi bu xalça
məhsullarını məişət üçün daha da gözəgəlimli
edir. Ənənəvi mücərrəd həndəsi işarələrin
xalçada özünə yer etməsi Azərbaycanın əksər
xalçaçılıq məktəbləri üçün xarakterik olduğu
kimi, bu xalçalarda da nəzərə çarpır.
Xalça toxunuş üsuluna görə xalq ənənələrinə
əsaslanır. Bir ensiz yelən üzərində dilikli zo-
laq, ətraflarında alamuncuq toxunub. Qırmızı
rəngli ara sahə üzərində isə bir ədəd sürməyi
yerlikli altıbucaqlı göl, onun daxilində iki ba-
şında qubbalarla bəzədilmiş romb formalı göl
vardır. Xalça üzərində bütün naxışlar, hətta
bitki mənşəli olsalar belə, həndəsi quruluşda
toxunubdur. Xalça nisbətən böyük həcmli na-
xışlara və seyrək ilmə sıxlığına (30x36 sm) ma-
likdir. Bu da yerli yunun növünə uyğun olaraq
qalın olmasından irəli gəlir. Gədəbəy xalça-
sının üzərində olan naxışlara miladdan öncə
əcdadlarımız tərəfindən həmin bölgələrdə ha-
zırlanmış saxsı qablar üzərində rast gəlmək
olar. Bu naxış şimşəyin çaxması kimi ilahi
qüvvələrə inamdan yaranmışdır. Romb əbədi
artım, həyatın davamlılığı, əbədiyyət simvolu-
dur. Kvadrat dörd qütb – şimal, cənub, şərq,
qərb, xaçabənzər element – su, od, hava və tor-
paq ünsürləri kimi tanınırlar.
Hər bir xalçada olduğu kimi, bu xalçada da
onu toxuyan xalqın genetik varislik elementləri
vardır. Onlar zaman keçdikcə dəyişmiş, stilizə
edilmişdir. Lakin öz obrazlarını dəyişsələr də,
məzmunları dəyişməz qalmışdır.
Gədəbəy xalçasında istifadə edilmiş rəng­
lərin alınmasında təbii boyaqlardan istifadə
edilib. Meyvə, ot, çiçək kimi boyamada istifadə
edilən bitkiləri boyaqçılar yığıb qurudurdu-
lar və boyaq maddəsini istifadə etmək üçün
uzun müddət saxlayırdılar. Onları yalnız
müəyyən miqdarda müəyyən qablarda hazır-
layır, məsələn mis qazanlarda qaynadırdılar.
Bütün bu sirlərin öz mənası var idi; belə ki,
oksidləşmə prosesləri ilə əlaqədar kimyəvi
reaksiyalar və mis qazanların yavaş-yavaş
qız­ması və soyuması xüsusiyyəti baş verirdi.
Hər bir halda bir çox yüzillik ərzində insanlar
tərəfindən yığılan qiymətsiz təcrübənin qanun-
ları yun ipliyinin yüksək keyfiyyətli boyan-
masını və nəticə etibarilə, yüksək keyfiyyətli
materiala malik xalçaların toxunmasını təmin
edirdi. Bütün bu peşəkarlıqla yanaşı, bəzi hal-
larda Gədəbəy xalçasında olduğu kimi, ipliyin
boyanmasında yanlışlıq da baş verirdi ki, bu
da illər keçdikdən sonra xalça üzərində əbrəş
izlərinin yaranmasına səbəb olurdu. Diqqətlə
baxdıqda, qədim xalçaların bir çoxunda bu
izlərə rast gəlmək olur. Xalça Gədəbəydə şəxsi
evdə saxlanılır.
Xalçada təbii yolla alınmış yeddi rəngin ça-
larında olan və əl ilə əyrilmiş iplərdən istifadə
edilmişdir. Ağ, qırmızı, sarı, yaşıl, sürməyi,
mavi, qara rənglər xalçaya xüsusi görünüş bəxş
edir. Xalçanən ərişi, xovu və arğacı yundur.
Saxlanma vəziyyəti əladır. Xalça elmi, tarixi,
bədii əhəmiyyət kəsb edir.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,72,73,74,75,76,77,78,79,80,81 83,84,85,86,87,88,89,90,91,92,...100