88
Xalçanın ara sahəsinin aşağı hissəsində sağ küncündə h. 1273 tarixi
vardır.
Qırmızı yerlikli bu xalçanın ara sahəsinin əsas bəzəyi iki açıq-yaşıl
və birmavi rəngli böyük ölçülü ağac təsvirlərindən ibarətdir.Ağacla­rın
budaqları sarı və ağ rəngli “tumurcuq”larla bəzədilmişdir. Azərbay­
can dekorativ-tətbiqi sənətində ağaclar müxtəlif formalarda təsvir
olunur. Yaz (Bahar) və payız ağacları çiçəklər və yaxud bəhərlə təsvir
edilir. Əksər hallarda sərv, söyüd, ağlayan söyüd ağacları dekorativ
ağac kimi tərtib edilir. Qədim dövrlərdə Yaxın Şərqdə, Mərkəzi
Asiyada, o cümlədən Azərbaycanda zeytun, çinar, tut, əncir və üzüm
ağacları müqəddəs ağaclar sayılırdı. Xüsusilə, əyri budaqlı ağaclar
daha müqəddəs sayılırdı. Dekorativ tətbiqi sənətində ağlayan söyüd
məhəbbət rəmzi, palıd güc (qüvvət) rəmzi, nar ağacı müvəffəqiyyət
və nəsil artması rəmzi sayılırdı. Azərbaycan sənətkarları, xüsusilə,
xalça ustaları bu obrazları stilləşmiş formada təsvir etmişlər. Bütün
bu obrazlar xalçalarda rəmzi məna daşımışlar. Əksər hallarda ara
sahəsində bir və yaxud iki böyük ölçülü ağac təsviri olur. Bəzən üç
və daha çox ağac təsvirlərinə rast gəlinir. Xalçanın ara sahəsinin
aşağı hissəsində yaşıl ağacın altında sarı rəngli kənarları qəhvəyi
“su”larla işlənmiş motivlər bəzədilmişdir. Eyni motiv qəhvəyi və sarı
rənglə mərkəzdəki motivlərdə də təkrarlanır. Ara sahənin boşluqla­
rı “S”-ə bənzər, “buynuz” və “çiçək” motivləri ilə doldurulmuşdur.
Ağacların arasındakı boşluqlarda dördbucaqlı həndəsi elementlər də
işlənmişdir. Bu elementlərin içərisində yuxarı hissədə mavi, sarı, aşağı
hissədə isə sürməyi, sarı rəngli üçbucaqlı elementlərin kənarlarında
ağ yerlikdə qırmızı, göy, sarı, mavi, yaşıl, qəhvəyi rəngli kiçik ölçülü
klassik elementlər tərtib edilmişdir. Xalçanın enli haşiyəsində sarı,
sürməyi, mavi, qırmızı, yaşıl rəngli pilləli elementlər vardır. Bu ele­
mentlər bir - birindən ağ rəngli “su”larla ayrılır. Enli haşiyə xa­
ric­dən mavi, daxildən isə sürməyi yerlikli ensiz haşiyələrlə əhatə
olunur. Ensiz haşiyələrin içərisində sarı, qırmızı, narıncı, ağ, mavi,
göy rəngli dördləçəkli çiçəklər, kənarları pilləli motivlər və rombvari
elementlər təsvir edilmişdir. Xarici haşiyənin kənarları xaricdən ağ,
qırmızı, daxili haşiyənin kənarları xaricdən sarı, qırmızı, daxildən
isə ağ, qırmızı qırıq-qırıq xətlərlə əhatə olunmuşdur.Toxucu xalçada
rəng həlli texnikasına ustalıqla yiyələnmişdir. Xalçada ara sahənin və
ara haşiyənin ornamental motivlərinin rəngləri parlaq kontraslıdır.
Xalçanın bir-birini tamamlayan əlvan və harmonik rəng qamması,
dekorativ kompozisiya həlli şən əhval-ruhiyyə yaradır. Motivlərin
rəngləri arasındakı bədii cəhətdən bağlılıq, xovların parıltısı aydın
nəzərə çarpır.
1...,80,81,82,83,84,85,86,87,88,89 91,92,93,94,95,96,97,98,99,100,...116