90
Xalçanın aşağı hissəsində qırmızı yerlikdə h. 1274 tarixi vardır.
Qırmızı yerlikli bu xalçanın ara sahəsində üç böyük ölçülü bütöv
və bir yarımçıq medalyon təsvir edilmişdir. Medalyonlar “çalağan”
quşunu və yaxud qurbağanı xatırladır. Şaquli istiqamətdə üç bütöv
və bir yarımçıq elementlər bir-birinin arxasınca düzülərək dinamik və
ritmik bir kompozisiya yaratmışdır.
Mərkəzdəki medalyon sürməyi, tünd-qırmızı, ağ və yaşıl rənglərlə
işlənmişdir. Medalyonun mərkəzində səkkizbucaqlı həndəsi element
vardır. Bu elementin içərisində dördbucaqlı uzunsov kətəbəni xatır­
ladan sarı yerlikli gölün içərisində dördləçəkli altı gül işlənmişdir.
Dördbucaqlı elementin yuxarı və aşağı hissəsində “ox” işarəli çıxın­
tılar vardır. Medalyonun sağ və sola istiqamətlənən ağ rəngli çıxın­
tılarında “S”-ə bənzər elementlər, yuxarı və aşağı hissələrdə isə ağ
yerlikdə stilləşmiş “at” fiqurlarına bənzər elementlər tərtib edilmiş­
dir. Ara sahənin yuxarı və aşağı hissəsindəki eyni formaya malik olan
medalyonlarda açıq-yaşıl rəng üstünlük təşkil edir. Xalçanın ara sa­
həsinin boşluqları rombvari , dördbucaqlı, üç dördləçəkli gül-çiçək,
spiral şəkilli, stilləşmiş keçi, quş və digər motivlərlə bəzədilmişdir.
Xalçanın ağ yerlikli enli haşiyəsi səkkizləçəkli güllərlə işlənmişdir.
Güllər qırmızı, sürməyi, göy, yaşıl, sarı, qəhvəyi, açıq-yaşıl rənglərlə
tərtib edilmişdir. Güllərin kənarları “su”larla tamamlanır. Haşiyə
hər iki tərəfdən qırmızı, sürməyi dilikli elementlər işlənmiş ensiz ha­
şiyələrlə əhatə olunmuşdur. Haşiyələrin kənarları sarı , qırmızı rəngli
kvadratşəkilli elementlər işlənmiş mədaxillərlə tərtib edilmişdir.
Xalçanın rəng həlli texnikasına ustalıqla yiyələnmiş sənətkar (toxu­
cu) bir rəngdən digərinə ənənəvi qanunauyğunluqla keçmiş, kontrast­
lı uzlaşmalarda rəng ahəngdarlığına nail olmuşdur. Rənglər harmo­
nikdir və xoş əhval-ruhiyyə yaradır.
1...,82,83,84,85,86,87,88,89,90,91 93,94,95,96,97,98,99,100,101,102,...116