76
Xalçanın ara sahəsinin yuxarı hissəsinin sol küncündə h. 1250 tarixi
vardır.
Xalçanın adı Qazax rayonunun şimal-qərbində yerləşən tarixi
Borçalı bölgəsinin (hazırda Gürcüstan Respublikasının Kvemokartli
bölgəsi) adı ilə bağlıdır. Qırmızı yerlikli bu xalçanın ara sahəsinin
bəzəyi bir böyük ölçülü şəkəri yerlikli və iki nisbətən kiçik ölçülü
qırmızı yerlikli səkkizbucaqlı medalyonlardan ibarətdir. Mərkəzdə­
ki medalyonun içərisində “dördünsür” motivi yerləşdirilmişdir. Bu
motivin baş və ayaq hissəsində qarmaqlı, sağ və solda “qoşabuynuz”
mərkəzdə dördləçəkli gül, qarmaqlı elementlərin içərisində isə ağ,
sürməyi rənglərlə işlənmiş üçbucaqlı elementlər yerləşdirilmişdir.
Medalyonun baş və ayaq hissəsində mərkəzə doğru istiqamətlənən
oxabənzər, kənarları qarmaqlı motivlər işlənmişdir. Medalyonun ara
sahəsindəki boşluqlarda “qoşabuynuz” motivləri, kənarlarında da­
xildən dilikli, xaricdən isə qarmaqlı elementlər təsvir edilmişdir.
Nisbətən kiçik ölçülü medalyonlarda şəkəri yerlikli səkkizguşəli
ulduzun içərisi qırmızı, sürməyi rənglərlə tərtib edilmiş altı üçbucaq­
lı hissələrə bölünmüşdür. Medalyonun kənarları daxildən sürməyi
rəng­li, xaricdən eyni rənglə işlənmiş qarmaqlı elementlərlə əhatə
olunmuşdur. Xalçanın enli haşiyəsi şəkəri, sürməyi, qırmızı rənglərlə
tərtib edilmiş kənarları pilləli üçbucaqlı motivlərlə bəzədilmişdir. Bu
motivlərin kənarlarındakı diliklər sarı, qırmızı, göy, sürməyi, şəkəri
rənglərlə işlənmişdir. Ara haşiyəni hər iki tərəfdən içərisində qarmaqlı
və “mollabaşı” motivləri ilə işlənmiş ensiz haşiyələr əhatə edir. Ara
haşiyənin kənarları ağ rəngli “su”larla işlənmişdir. Ensiz haşiyələr ağ,
sürməyi, sarı, qırmızı qırıq-qırıq xətlərlə əhatə olunmuşdur. Xalçanın
ara sahəsinin boşluqları Quba xalçaları üçün səciyyəvi olan gül və
Qazax xalçaları üçün səciyyəvi olan motivlərlə bəzədilmişdir. Gül
motivləri sarı, sürməyi, ağ, qırmızı, digərmotivlər isə sürməyi, qırmızı,
şəkəri rənglərlə tərtib edilmişdir. Xalça sadə naxışlı kompozisiyalar
sırasına daxildir. Xalçanın kənarları sağ və soldan qara rəngli “su”larla
tamamlanır. Azərbaycanın Qazax xalçaları üçün səciyyəvi olan rəng­
lər bu xalçada tərtib edilmişdir.
1...,68,69,70,71,72,73,74,75,76,77 79,80,81,82,83,84,85,86,87,88,...116