84
Xalçanın ara sahəsində ağ yerlikli gölün aşağı hissəsində h. 1270
tarixi vardır.
Kərpiciyə çalan qırmızı yerlikli bu xalçanın ara sahəsində böyük
ölçülü ağ yerlikli göl yer­ləş­dirilmişdir. Gölün mərkəzində yaşıl
yerlik­li medalyon vardır. Medalyonun mərkəzində qırmızı yerlikli
altıbucaq­lı həndəsi element işlənmişdir. Bu həndəsi elementin
içərisində dörd­bucaqlı kənarları mavi rənglərlə işlənmiş “qoşabuynuz”
çıxı­n­tılı motiv öz orijinal forması ilə diqqəti cəlb edir. Dördbucaqlı
ele­mentin mərkəzində bənövşəyi yerlikdə sarı rəngli səkkizguşəli
ulduz vardır. Bu həndəsi elementin kənarları kiçik ölçülü qırmızı, sarı
rəngli kvadratşəkilli motivlər və mavi rəngli “su”larla əhatə olunub.
Qır­mızı altıbucaqlı medalyonun boşluqlarında stilləşmiş qoşa quş və
çiçək təsvirləri vardır. Medalyonun kənarları ağ rəngli “siçandişi”lərlə
tamamlanır.Yaşıl yerlikli medalyonun künclərində içərisində tünd və
açıq-qəhvəyi üçbucaqlı hissələrə bölünmüş ağ yerlikli dördbucaqlı
həndəsi elementlər təsvir edilmişdir. Bu elementlərin kənarları qır­
mızı rənglərlə tamamlanır. Ağ yerlikli gölün boşluqları bir-birinə
əks istiqamətdə “dördayaqlı” quş, “gözqaytarıcı”, dördbucaqlı, “qo­
şabuynuz” çıxıntıları olan mo­tiv­lərlə doldurulmuşdur. Gölün kə­
na­rındakı boşluqlarda “sırğa” adlandırılan elementlər zəncirvari
düzülüşlə işlənmişdir. Gölün kənarları qırmızı rəngli “su”larla və içə­
risində qırmızı ziqzaqşəkilli xətlə işlənmiş yaşıl zolaqla tamamlanır.
Zolaqlar daxildən qırmızı, qara, sarı, xaricdən isə ağ, qara “su”larla
işlənmişdir. Ağ yerlikli böyük ölçülü mehrab şəkilli gölün yuxarı
və aşağı hissələrində mehrabın sağ və solunda mavi yerlikli kiçik
ölçülü dördbucaqlı medalyon təsvir edilmişdir. Medalyonların içərisi
qırmızı, sarı rəngli üçbucaqlı hissələrə bölünmüşdür. Medalyonun
kənarlarında cüzi nəzərə çarpan qırmızı, ağ rənglərlə işlənmiş ulduz
motivləri vardır. Ara sahənin kərpiciyə çalan boşluqları sarı, mavi,
yaşıl, qəhvəyi, ağ rəngli qarmaq, gül-çiçək, “qoşabuynuz”, stilləşmiş
in­san, dördayaqlı fantastik quş və stilləşmiş maral, “tula” təsvirləri
ilə bə­zədilmişdir. Xalçanın ağ yerlikli haşiyəsi Gəncə-Qazax xalçaları
üçün səciyyəvi olan klassik elementlərlə işlənmişdir. Bu elementlər
mavi, yaşıl, sarı, göy, qırmızı, sürməyi rənglərlə tərtib edilmişdir.
Sürməyi yerlikli ensiz haşiyə ağ, qırmızı, sarı, açıq-qəhvəyi, yaşıl sək­
kizguşəli ulduzlarla işlənmişdir. Haşiyələr hər iki tərəfdən ağ, qırmızı,
sarı rəng­lərlə işlənmiş “siçandişi”lərlə əhatə olunub. Ağ yerlikli ha­
şiyəni xaricdən kənarları “siçandişi”lərlə tamamlanmış mavi, sürməyi
dilikli mədaxillər tamamlayır.
1...,76,77,78,79,80,81,82,83,84,85 87,88,89,90,91,92,93,94,95,96,...116