74
Xalçanın ara sahəsinin yuxarı hissəsində, sağ küncdə h. 1240 tarixi
vardır.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Sadə quruluşa malik olan ara sahənin əsas bəzəyi iki böyük ölçülü,
istiqamətlənən qolları olan göllərdən ibarətdir. Göllərin içərisində
dördbucaqlı formaya malik olan üç medalyon yerləşdirilmişdir.
Göllərin mərkəzindəki medalyonların içərisində X-hərfinə bənzər
ucları qarmaqlı motivlər vardır. Tünd-sürməyi yerlikli yuxarı və aşa­
ğı hissədəki medalyonların sağ və solunda üz-üzə istiqamətlənən
“Spiral” şəkilli çıxıntılar vardır. Gölləri sağ və sola istiqamətlənən
qollarında da yuxarı və aşağı hissədə təsvir edilmiş medalyonlar
nisbətən kiçik (mərkəzi hissəsi ensiz) ölçüdə təkrarlanır. Yuxarı və
aşağı hissədəki medalyonların içərisində tünd-qırmızı rəngdə tərtib
edilmiş qarmaqlı motivlər vardır. Bu motivlərin kənarları mavi rəngli
“su”larla işlənmişdir. Medalyonların kənarları daxildən ağ və qırmızı
rəngli ”Z”-ə bənzər, xaricdən isə açıq-yaşıl zolaqlarla əhatə olunub.
”Z”-ə bənzər və açıq-yaşıl rənglə işlənmiş zolaqlar tünd-qırmızı rəngli
”su”larla tamamlanır.
Xalçanın açıq-qəhvəyi yerlikli enli haşiyəsi tənək yarpağına bənzər
elementlərlə bəzədilmişdir. Elementlər sürməyi, boz və tünd-qırmızı
rənglərlə tərtib edilmişdi. Haşiyə hər iki tərəfdən tünd-qırmızı, şəkəri
rəngli ”Z” şəkilli motivlər işlənmiş mədaxillərlə əhatə olunmuşdur.
Xalçanın rəng tərtibatı yüksək peşəkarlıqla həll edilmişdir.
1...,66,67,68,69,70,71,72,73,74,75 77,78,79,80,81,82,83,84,85,86,...116