70
Xalçanın tünd qırmızı yerlikli ara sahəsinin yuxarı hissəsində, sür­
məyi rəngli medalyonun altında iki hissədə h. 1230 tarixi vardır.
Xalçanın ara sahəsində iki sürməyi və bir mavi rəngli medalyon var­
dır. Yuxarı hissədəki və mərkəzdəki medalyonların içərisində dörd­
bucaqlı formaya malik torvari görünüşlü tünd-qırmızı, şəkəri və göy
rənglərlə tərtib edilmiş kvadratşəkilli motivlər işlənmişdir. Medal­
yonların kənarları ağ rəngli “su”larla tamamlanır.
Ara sahənin boşluqları üçbucaqlı, rombvari elementlərlə doldurul­
muşdur. Bu elementlər mavi, şəkəri rənglərlə işlənmişdir. Ara sahənin
yuxarı və aşağı hissəsində mavi rənglə işlənmiş, mərkəzi hissəsi çıxın­
tılı element vardır. Bu elementin kənarları sarı “su”larla əhatə olun­
muşdur.
Xalçanın yaşıl yerlikli enli haşiyəsi tünd-qırmızı rəngli səkkizləçəkli
güllərlə bəzədilmişdir. Güllərin içərisində sürməyi, sarı, ağ, mavi
rəngli səkkizguşəli ulduzabənzər, aşağı hissədə isə dördbucaqlı,
kənarları çıxıntılı motivlər işlənmişdir. Haşiyə daxildən ağ, tünd-
qırmızı rəngli diliklərlə, xaricdən isə qırmızı zolaqlarla əhatə olunub.
Qırmızı rəngli zolaq daxildən sarı rənglə işlənmiş “su”lar, xaricdən isə
ağ, qırmızı rəngli qırıq-qırıq xətlərlə tamamlanır.
Diliklərin kənarları isə qəhvəyi, qırmızı rəngli “su”larla tamamlanır.
Xalçanın nisbətən ensiz haşiyəsi qəhvəyi və ağ rəngli qarmaqlı
elementlərlə bəzədilmişdir. Qarmaqlı elementlərin kənarlarında qır­
mızı rəngli gəzmələr vardır. Haşiyəni göy, qırmızı rənglərlə işlənmiş
dilikli mədaxillər əhatə edir. Mədaxillər qırmızı, sarı kvadratşəkilli
motivlər və qırıq-qırıq xətlərlə əhatə olunub.
Xalçanın kənarları ənənəvi olaraq qırmızı, göy rənglərlə dolama
üsulu ilə işlənmişdir.
1...,62,63,64,65,66,67,68,69,70,71 73,74,75,76,77,78,79,80,81,82,...116