82
Bu xalçanın ara sahəsininmərkəzində qırmızı medalyonun içərisində
h. 1260 tarixi vardır. Bu xalça Qəmərli xalçaları üçün səciyyəvi olan
xü­su­siy­yətləri özündə yaşadır.
Qırmızı yerlikli bu xalçanın kompozisiyası ara sahəsi və haşiyə
hissəsindən ibarətdir. Ara sahənin əsas bəzəyini bir böyük ölçülü göl
təşkil edir. Gölün içərisində yaşıl rəngli medalyon yerləşdirilmişdir.
Medalyonun içərisindəki, nisbətən kiçik ölçülü ey­ni formalı tünd
qır­mızı medalyonun mərkəzində ağ rəngli dördbucaqlı element var­
dır. Dördbucaqlı elementin içərisində səkkizguşəli ulduz motivi iş­
lənmişdir. Bu element daxildən sürməyi, xaricdən isə sarı, sürməyi
rəng­li “su”larla əhatə olunmuş, sağ və soldan sarı rəngli “nal” şəkilli,
aşağı və yuxarı hissələrdə ağac motivləri tamamlanır.
Ağ yerlikli gölün boşluqlarında yaşıl rəngli, içərisində qarmaqlı
motivlər işlənmiş yaşıl yerlikli, kiçik ölçülü səkkizbucaqlı medalyon­
lar, “X”-ə bənzər elementlər sürməyi, tünd-qırmızı, sarı, qara rənglərlə
işlənmiş, yuxarı və aşağı hissələrdə “cütbuynuz” çıxıntılı motivlər təs­
vir edilmişdir. Gölün kənarlarında sağ və solda yaşıl, sürməyi, tünd
qırmızı rənglərlə tərtib edilmiş “S”-ə bənzər motivlər vardır. Gölün
kənarları içərisində tünd-qırmızı dilikli dalğalar işlənmiş sürməyi
zolaqla əhatə olunub. Gölün kənarlarındakı sürməyi yerlikli zolaq
daxildən sarı, xaricdən isə ağ rəngli “su”larla işlənmişdir.
Xalçanın ara sahəsinin künclərində “cütbuynuz” çıxıntılı yaşıl yer­
likli elementlər, içərisində pilləli rombvari formalı “gözqaytarıcı” mo­
tivlər işlənmiş sürməyi yerlikli kiçik ölçülü medalyonlar təsvir edil­
mişdir. Boşluqlar kiçik ölçülü dördləçəkli gül­lər, yaşıl rəngli “X”-ə
bənzər motivlərlə doldurulmuşdur.
Xalçanın tünd-qəhvəyi yerlikli ana haşiyəsi kə­narları pilləli klas­
sik elementlər, kiçik ölçülü “göz­qaytarıcı” motivlərlə bəzədilmişdir.
Klassik elementlər ağ, göy, sarı, yaşıl, tünd-qırmızı, sürməyi, mavi
rənglərlə, “gözqaytarıcı” motivlər isə tünd-qırmızı və ağ rənglərlə
tərtib edilmişdir. Ana haşiyə hər iki tərəfdən içərisində dilikli dalğa­
lar işlənmiş sarı yerlikli bala haşiyələrlə əhatə olunub. Dilikli dalğa­
lar tünd-qırmızı, sürməyi və qara rənglərlə işlənmişdir. Daxili haşiyə
xaricdən qırmızı, ağ, daxildən ağ, qəhvəyi, xaricdən haşiyə isə hər iki
tərəfdən tünd qırmızı və ağ rəngli kvadratşəkilli elementlər işlənmiş
mədaxillərlə əhatə olunub.
1...,74,75,76,77,78,79,80,81,82,83 85,86,87,88,89,90,91,92,93,94,...116