80
Xalçanın aşağı hissəsində h. 1254 tarixi vardır.
Orijinal kompozisiya quruluşuna malik olan qırmızı yerlikli bu xal­
ça­nın mərkəzində kənarları alov­la­nan palmettaları xatırladan ağ yer­
likli medalyon yerləşdirilmişdir. Ağ yerlikli medalyonun içərisində
göy yerlikli nisbətən kiçik ölçülü medalyon vardır. Medalyonun içə­
ri­sində göy, ağ, sarı, qırmızı, künclərində isə sarı, qırmızı rənglərlə
səkkizləçəkli güllər işlənmiş qırmızı rəngli rombvari göl təsvir edilmiş­
dir. Ara sahənin yuxarı və aşağı hissəsində iki böyük ölçülü yarımçıq
göl vardır. Yarımçıq göllərin içərisində sürməyi yerlikdə sarı, qırmızı,
ağ, göy rəngli güllər işlənmişdir. Yarımçıq göllərin sağ və sol istiqamətə
şaxələnən qolları ağac budaqlarına bənzər motivlərlə bəzədilmişdir.
Ağ yerlikli bu qolların üzərindəki ağacabənzər elementlər sürməyi və
qırmızı rənglərlə tərtib edilmişdir. Xalçanın yuxarı və aşağı hissəsində
haşiyə divarına yaxın tünd-qəhvəyi yerlikli yarımçıq medalyonlar
ümumi kompozisiyanı tamamlayır. Medalyonların kənarlarında ağ,
göy, qəhvəyi rənglərlə işlənmiş dalğavari çıxıntılar vardır. Ara sa­
hənin boş­luq­larında yuxarı və aşağı hissədə ağac budağına bənzər
qəhvəyi, ağ, sürməyi rənglərlə işlənmiş motivlər vardır. Xalçanın ağ
yerlikli haşiyəsi göy, qırmızı, yaşıl, tünd-qəhvəyi rəngli “səkkizguşəli
ulduz” motivləri ilə bəzədilmişdir. Bu motivlərin mər­kəzində sa­
rı, göy, qırmızı, açıq və tünd-qəhvəyi rənglərlə işlənmiş dördbucaq­
lı kiçik ölçülü həndəsi elementlər vardır. Ağ yerlikli haşiyəni hər iki
tərəfdən içərisində tünd-qəhvəyi və göy rəngli motivlərlə bəzədilmiş
mədaxillər əhatə edir. Mədaxillər sağ və soldan qırmızı, sarı qırıq-qı­
rıq xətlərlə, baş və ayaq hissədə isə sarı, qırmızı rəngli “z”-ə bənzər
motivlərlə tamamlanır. Xalçanın rəng tərtibatı yüksək peşəkarlıqla və
ənənəvi qanunauyğunluqla həll edilmişdir.
1...,72,73,74,75,76,77,78,79,80,81 83,84,85,86,87,88,89,90,91,92,...116