78
Xalçanın yuxarı hissəsində sol tərəfdə haşiyənin kənarında h. 1252
tarixi vardır.
Mürəkkəb dolama üsulu ilə toxunan zililər istər toxunuşuna görə,
istərsə də bədii cəhətdən digər xovsuz xalçalara nisbətən daha çox
təkmilləşmişdir. Zililərin bədii tərtibatında şərtiləşmiş heyvan təs­
virlərindən başqa, ibtidai formada bir sıra hən­dəsi elementlər də mey­
dana gəlmişdir.
Qədim dövrlərdə Azərbaycanın müxtəlif böl­gə­lə­rində toxunan
zililər öz yüksək bədii tərtibatına görə yalnız ölkə daxilində deyil,
hətta dünya bazarlarında da şöhrət qazanmışdır.
Tünd-qəhvəyi yerlikli bu xalçanın əsas bəzəyi ara sahədə işlənmiş
kvadratşəkilli medalyonlardan ibarətdir. Medalyonların hər tərəfində
“T” şəkilli çıxıntılar vardır.
Medalyonlar şəkəri, sürməyi, göy, sarı, solğun qırmızı rənglərlə
tərtib edilmişdir. Medalyonların mərkəzində “çəngəl” adlandırılan
mo­tivlər vardır. Ara sahənin boşluqları kiçik ölçülü səkkizbucaqlı
ele­mentlərlə doldurulmuşdur. Səkkizbucaqlı ele­ment­lərin içərisində
səkkizguşəli ulduzlar vardır. Bu elementlər sarı, şəkəri, mavi, göy, sol­
ğun qırmızı, açıq-qəhvəyi rənglərlə işlənmişdir.
Xalçanın kənarlarında sağ və solda kiçik ölçülü daraq, rombvari,
üçləçəkli gül, kvadratşəkilli cüzi nəzərə çarpan elementlər və yarımçıq
“bədən” motivləri vardır. Xalçada təsvir edilən “daraq” mo­tiv­lə­rinin
tarixi çox qədimdir. Bu element mənəvi paklığa bir işarədir.
Ara sahəni qəhvəyi yerlikli enli haşiyə əhatə edir. Xalçanın ara
sahəsindəki medalyonların içərisində təsvir edilən “çəngəl” motivləri
haşiyə hissəsində də təkrarlanır. Sağ və sol hissələrdəki haşiyələrdə
dördbucaqlı elementlərin içərisində rombşəkilli və “X”- ə bənzər
motivlər işlənmişdir. Haşiyəni hər iki tərəfdən içərisində kiçik
rombşəkilli motivlər işlənmiş mədaxillər əhatə edir. Mədaxillər sarı
rəng­lərlə işlənmişdir.
Haşiyənin kənarları mavi, qırmızı rənglərlə dolama üsulu ilə iş­lən­
mişdir.
1...,70,71,72,73,74,75,76,77,78,79 81,82,83,84,85,86,87,88,89,90,...116