66
İrəvanda toxunan xalçalar bədii quruluşu baxımından Qazax xalça­
larına çox yaxındır. Bu xalçanı toxucular “Qazax” adlandırır. Xalçanın
ara sa­hə­sinin aşağı hissəsində sağ küncdə h. 1201 tarixi vardır.
Xalçanın ara sahəsinin əsas bəzəyi qırmızı yerlikdə yerləşdirilmiş
doqquz altıbucaqlı medalyondan ibarətdir. Me­dal­yonlar yuxarıdan
birinci cərgədə iki mavi, bir açıq yaşıl, ikinci cərgədə iki tünd və bir
açıq qəhvəyi, üçüncü cər­gədə isə mavi, tünd-yaşıl və sürməyi yerlik­
lidir.
Medalyonların içərisində şaquli isti­qa­mətdə düzülmüş kvadrat şə­
killi ele­mentlər, yuxarı və aşağı künclərdə və mərkəzdən sağ və sol
istiqamətdə stil­ləşmiş insan fiqurlarına bənzər mo­tivləri təsvir edil­
mişdir.
Ara sahənin boşluqları səkkizbucaqlı me­dalyonlar, rombvari ele­
mentlər, buta və dördləçəkli çiçəklərlə doldurulmuşdur. Medalyonla­
rın içərisində hər tərəfə istiqamətlənən ucları ox işarəli motivlər var­
dır.
Xalçanın enli haşiyəsi sağ və solda “ox”-a bənzər motivlərlə bəzə­
dilmişdir. Bu motivlər qırmızı, sarı və sürməyi, mavi, qəhvəyi rənglərə
tərtib edilmişdir.
Yuxarı və aşağı hissələrdəki enli ha­şi­yələr ağacabənzər motivlərlə
bəzə­dilmişdir.
Enli haşiyə hər iki tərəfdən içərisində diliklər işlənmiş ensiz haşiyələrlə
əhatə olunmuşdur. Diliklər sürməyi, açıq-qəh­vəyi, zoğalı, sarı, mavi,
tünd və açıq-yaşıl, ağ rənglərlə tərtib edilmişdir. Daxili haşiyə xaricdən
ağ rəngli “su”lar, daxildən isə tünd-qəhvəyi və ağ rəngli “siçandişi”lərlə
əhatə olunmuşdur. Xarici haşiyə xaricdən tünd-qəhvəyi, sarı, daxildən
isə zoğalı “su”larla tamam­lanır.
Xalçanın ara sahəsinin aşağı hissəsində əbrəş çox aydın nəzərə çarpır.
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76,77,78,...116