72
Xalçanın yuxarı hissəsində, ara sahənin sağında küncə yaxın hissədə
h. 1240 tarixi vardır. Sürməyi yerlikli xalçanın ara sahəsində bir bö­
yük ölçülü qırmızı yerlikli göl yerləşdirilmişdir. Göl hər tərəfdən
qarmaqlarla əhatə olunub, qarmaqların kənarları ağ “siçandişi”lərlə
işlənmişdir. Gölün içərisində yaşıl, ağ, sarı, narıncı, sürməyi rənglərlə
tərtib edilmiş rombvari medalyon yerləşdirilmişdir. Rombvari element
sarı rəngli “su”lar və qarmaqlarla əhatə olunub. Ara sahənin boşluqla­
rında, gölünyuxarı və aşağı hissələrində eyni formalı kiçikölçülügöllər
təsvir edilmişdir. Digər hissələrdəki boşluqlar xaçabənzər (dördün­
sür), qarmaqlı,“S”-ə bənzər, içərisi şəbəkə düzülüşü ilə tərtiblənmiş,
dördbucaqlı, rombvari elementlərlə bəzədilmişdir. Ara sahənin yuxa­
rı hissəsində sağda bir, mərkəzdən bir qədər aşağı hissədə isə üfüqi
istiqamətdə düzülmüş qırmızı, sarı rənglərlə işlənmiş stilləşmiş quş
təsvirləri vardır.
Xalçanın şəkəri yerlikli ara haşiyəsi “zülfələm” adlandırılan na­
xışlarla bəzədilmişdir. Bu naxışlar yaşıl, mavi, göy, narıncı, tünd-
qəhvəyi, bənövşəyi, tünd-qırmızı rənglərlə tərtib edilmişdir. Ara
haşiyə hər iki tərəfdən içərisində yaşıl, qırmızı rəngli “mollabaşı”
motivləri ilə işlənmişdir. ”Mollabaşı” motivlərinin kənarları ağ rəngli
”siçandişi”lərlə tamamlanır. Xalçanın ara haşiyəsinin kənarları qara
rəngli ”su”larla, xarici bala haşiyənin kənarları isə sağ və soldan qır­
mızı, mavi, qəhvəyi , sarı, narıncı, göy, sürməyi rəngli iplərlə hörmə
üsulu ilə işlənmiş, yuxarı və aşağı hissələrdə isə qara rəngli ”su”larla
tamamlanır.
Xalçanın rəng tərtibatında on bir rəngdən istifadə edilmişdir. Xalça
zəngin rəng palitrasına malikdir.
1...,64,65,66,67,68,69,70,71,72,73 75,76,77,78,79,80,81,82,83,84,...116