68
Xalçanın yuxarı hissəsində ağ yerlikli haşiyənin içərisində sağ və sol
tərəfdə h. 1209 tarixi və ərəb hərfləri ilə yazılar işlənmişdir. Bu xalça
özünəməxsus bədii xüsusiyyətləri ilə seçilir. Xalça Qazax kompozi­
siyası əsasında toxunmuşdur. Yaşıl yerlikli ara sahənin əsas bəzəyi
iki tünd qəhvəyi və bir sarı yerlikli böyük ölçülü göllərdən ibarətdir.
Qəhvəyi yerlikli göllərin içərisində tünd-qırmızı, sarı yerlikli gölün
içərisində isə sürməyi yerlikli kənarları pilləli klassik elementlər var­
dır. Qırmızı pilləli motivlərin kənarları sürməyi zolaqlar və qırmızı
“su” larla, sürməyi rəngli pilləli motivin kənarları isə qırmızı “su” və
yaşıl zolaqlarla işlənmişdir. Qırmızı yerlikli motivlərin kənarlarındakı
ağ rəngli qarmaqların kənarları qırmızı rəngli on iki qarmaq motivləri
ilə təsvir edilmişdir. Mərkəzdəki sürməyi yerlikli motivin kənarları
qırmızı qarmaqlarla işlənmişdir. Xalçanın ara sahəsinin yuxarı his­
səsində ağ, qırmızı, sarı dördbucaqlı həndəsi elementlər tərtib edil­
mişdir. Bu elementlərin içərisində “qoşabuynuz” motivləri vardır.
Ara sahənin boşluqları ağ və qırmızı rənglərlə işlənmiş digər “qoşa­
buynuz”, altıbucaqlı, kənarları pilləlli klassik, gözqaytarıcı, “damğa”
və nəbati motivlərlə doldurulmuşdur.
Xalçanın ağ yerlikli enli haşiyəsi tünd-qırmızı, yaşıl, sarı, sürməyi,
göy rənglərlə işlənmiş baş və ayaq hissələrdə qarmaqlı çıxıntıları olan
rombvari motivlərlə bəzədilmişdir. Haşiyə elementlərinin rəngi bir-
birinin ardınca davamlı dəyişdirilərək ritmik naxış silsiləsi yaradılmış­
dır. Ara haşiyəni hər iki tərəfdən sürməyi və tünd-qırmızı “mollaba­
şı” motivləri işlənmiş bala haşiyələr əhatə edir. Daxili haşiyə xaricdən
sarı, qırmızı, daxildən isə ağ, qırmızı “siçandişi”lərlə tamamlanır.
“Si­­çandişi”lərin kənarları tünd-qəhvəyi rəngli “su”larla işlənmişdir.
Xalçanın ümumi rəng qamması harmonikdir və bütün rənglər təzadlı
olub, biri digərini daha qabarıq göstərir.
1...,60,61,62,63,64,65,66,67,68,69 71,72,73,74,75,76,77,78,79,80,...116