86
Xalçanın ara sahəsinin yuxarı hissəsinin sol küncündə h. 1271 tarixi
vardır.
Zoğalı yerlikli bu xalçanın ara sahəsinin əsas bəzəyi yuxarıdan bi­
rinci cərgədə sağa, ikinci cərgədə sola doğru istiqamətlənən və digər
cərgələrdə eyni düzümlə tərtib edilən kompozisiya quruluşundan
ibarətdir. Butalar birinci cərgədə yaşıl, zoğalı, göy və ağ rəngli, ikinci
cərgədə isə bir-aşırı dəyişdirilərək xüsusi ahəng yaratmışdır. Butala­
rın kənarlarında yarpağa bənzər çıxıntıları və qotazları vardır. Toxu­
cular arasında bu növ butalar “qotazlı buta”lar adlandırılır.
Çox qədim bir tarixə malik olan buta motivləri Azərbaycanın digər
bölgələrində olduğu kimi Qərbi Azərbaycanın, nəinki xalçalarında,
hətta memarlıq, zərgərlik, ağacişləmə, misgərlik, dulusçuluq, tik­mə­
çilik və tətbiqi incəsənətin bir çox başqa sahələrində dönə-dönə təsvir
edilmişdir. Qərinələr ötdükcə “buta” motivləri öz formasını də­yişmiş,
müxtəlif məzmunda yeni-yeni formalar almışdır. “Buta”nın formaları
inkişaf etdikcə sənətkarlar onlara yeni-yeni adlar vermiş və daha da
təkmilləşdirməyə çalışmışlar.
Xalçanın yaşıl yerlikli ana haşiyəsi kiçik ölçülü səkkizləçəkli güllər­lə
bəzədilmişdir. Güllərin arasındakı boşluqlar kənarları dilikli budaq­
larla doldurulmuşdur. Dilikli elementlərə Azərbaycanın Quba-Şirvan
və Gəncə-Qazax xalçalarında daha çox təsadüf edilir. Diliklər uzun­
sov formalı yarpaqların kənarlarında özünəməxsus düzülüşlə tərtib
edilmişdir.
Budaqlar bir-birinə birləşdirilərək dalğavari forma almışdır. Güllərin
sağ və solundakı zoğalı rəngli budaqlar və budaqlardakı cüzi nəzərə
çarpan gül-çiçəklər haşiyəni zənginləşdirir. Ana haşiyə hər iki tərəf­
dən içərisində “S”-ə bənzər motivlər işlənmiş bala haşiyələrlə əhatə
olunmuşdur. “S”-ə bənzər motivlər ağ, zoğalı, tünd-qəhvəyi, mavi,
sa­rı rənglərlə işlənmişdir. Bu motivlərin arasında “sırğa” adlandırılan
ki­çik ölçülü elementlər vardır. “S”-ə bənzər motivlərin rəngləri “sır­
ğa” elementlərində də təkrarlanır. Bala haşiyələrin kənarları zoğalı,
ağ rəngli “siçandişi”lərlə tamamlanır. Ara sahəni əhatə edən haşiyə
daxildən mavi, zoğalı kənar haşiyə isə xaricdən eyni rəngli diliklərlə
əhatə olunmuşdur.
Haşiyədəki güllər zoğalı, sarı, mavi, ağ, qəhvəyi, yaşıl, sürməyi
rəng­­lərlə işlənmişdir.
1...,78,79,80,81,82,83,84,85,86,87 89,90,91,92,93,94,95,96,97,98,...116