19
lar idi, göz yaşları içində gəlib bizimlə vidalaşırdılar. Biz də
başa düşmürdük, gəlib yola salanda görürdük ki, bir günün
içərisində onların evlərində-eşiklərində nə vardısa, töküb-
dağıdıb, onları avtomobillərə doldurub sürürlər».
Sovet dövründə Naxçıvanın əhalisi kimi ərazisinə qarşı
da qəsdlər davam etdirilirdi. Zaqafqaziya Mərkəzi İcraiyyə
Komitəsi Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli
qərarı ilə Naxçıvan MSSR-in Şərur qəzasının Qurdqulaq,
Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin
Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad
qəzasının Qorçevan kəndi, habelə Kilit kəndi torpaqlarının
bir hissəsi, ümumiyyətlə, 657 kv. km torpaqları Ermənistana
verilmişdir. Naxçıvana qarşı ərazi qəsdləri 1930-cu ildə də
davam etdirildi: Aldərə, Lehvaz, Astazur, Nüvədi və b.
Azərbaycan torpaqları hesabına Ermənistanın Mehri rayo-
nu yaradıldı.
Naxçıvan MSSR 1941 ‒ 1945-ci illər müharibəsi dövründə
faşizm üzərində qələbəyə layiqli töhfələr vermişdir
46
. Nax-
çıvandan olan Nəcəfqulu Rəfiyev (1912 ‒ 1970), Qəzənfər
Əkbərov (1917 ‒ 1944), Abbas Quliyev (1916 ‒ 1998) Sovet
İttifaqı Qəhrəmanı adına layiq görülmüş, minlərlə igid
müharibə cəbhələrində faşizmə qarşı şərəflə vuruşmuşdur.
Əslən Naxçıvandan olan böyük kimyaçı alim, akademik Yu-
sif Məmmədəliyevin kəşf etdiyi yüksək oktanlı benzin sovet
aviasiyasının faşist ordusu üzərində qələbəsində həlledici
rol oynamışdır
47
.
İkinci Dünya müharibəsində Azərbaycanın, o cümlədən
Naxçıvanın faşizm üzərində qələbəyə göstərdiyi tarixi xid­
mətlərə baxmayaraq, ölkənin mənəvi-siyasi həyatında ciddi
dəyişiklik baş vermədi. Sovet hökuməti Azərbaycana qarşı
ədalətsiz siyasətini, ayrı-seçkiliyi davam etdirdi. 1948 ‒
1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisin­
dən ‒ öz ata-baba torpaqlarından deportasiyası həyata ke-
çirildi. 1968 ‒ 1969-cu illərdə ermənilər Azərbaycana qarşı
ye­ni ərazi iddiaları irəli sürdü. Lakin Azərbaycan xalqının
böyük oğlu Heydər Əliyev ermənilərin bu planlarının real-
laşdırılmasına imkan vermədi.
Sovet dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illər respublikanın, o cümlədən Naxçıvanın həyatında
yüksəliş dövrüdür. 1970 ‒ 1980-ci illərin əvvəllərində Nax-
çıvanın sosial-iqtisadi, siyasi və mədəni həyatında böyük
dirçəliş baş verdi. Bu dövrdə SSRİ və Azərbaycan SSR Kons-
titusiyalarına uyğun olaraq, Naxçıvan MSSR-in də yeni
Konstitusiyası (1978-ci il) qəbul edildi.
Heydər ƏliyevinAzərbaycana birinci rəhbərliyi dövründə
ermənilərin Azərbaycandan, o cümlədən Naxçıvan Mux-
tar Respublikasından yeni ərazilər qoparmaq planları baş
tutmadı. Lakin Heydər Əliyev Azərbaycan rəhbərliyindən
getdikdən sonra, 1985-ci ildə bu bədnam niyyət baş tutdu:
Heydər Əliyevin abidəsi və muzeyi. Naxçıvan.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,11,12,13,14,15,16,17,18,19,20 22,23,24,25,26,27,28,29,30,31,...84