18
Sovet hakimiyyəti illərində Naxçıvan əhalisi olduqca ağır si-
yasi, sosial-iqtisadi və mədəni problemlərlə qarşılaşmışdır.
Ümummilli lider Heydər Əliyev demişdir:
«... bizim xalqımız XX əsrdə çox faciələrlə rastlaşıbdır.
Bunların içərisində Naxçıvanın başına gələn bəlalar, bəlkə,
Azərbaycanın başqa bölgələrindən daha da dəhşətli, faciəli
olubdur... Azərbaycan hakimiyyəti tərəfindən Naxçıvana
qarşı ədalətsizliklər də olubdur... Naxçıvanın hüquqlarını
daim məhdudlaşdırmaq istəyiblər».
1920 ‒ 30-cu illər Naxçıvan tarixinin ağır dövrlərindəndir.
Həmin illərdə Naxçıvanın idarə edilməsi, ilk vaxtlar, Azər­
baycan MİK-in 1924-cü ilin aprelində qəbul etdiyi Əsasnamə
ilə tənzimlənirdi. Həmin əsasnamə 1926-cı il aprelin 18-də
Ümumnaxçıvan Sovetlər qurultayının qəbul etdiyi Naxçı-
van MSSR-in birinci Konstitusiyasınadək qüvvədə olmuş-
dur. Sonra isə SSRİ və Azərbaycan SSR Konstitusiyalarının
dəyişdirilməsi ilə əlaqədar olaraq 1937-ci il sentyabrın 17-də
Naxçıvan MSSR-də yeni Konstitusiya qüvvəyə minmişdir.
1920 ‒ 30-cu illərin repressiyaları Naxçıvanda da çox ağrı-
lı keçmişdir. Bu qanlı faciələrin şahidi olmuş Heydər Əliyev
sonralar deyirdi: «...mən o günlərin şahidiyəm. Mən Naxçı-
vanda yaşayırdım. Bizimqonşularımızı iki günün içində gətirib
ağlaya-ağlaya avtomobillərə doldurdular, çıxarıb Arazın o ta-
yına saldılar. Mən 1937 ‒ 1938-ci illərdə Naxçıvandan siyasi
motivlər üzrə Orta Asiyaya sürgün olunanları da görmüşəm.
Onlar orta məktəbdə mənimlə bir yerdə oxuyan qızlar, oğlan-
Hüseyn Cavid türbəsi. 1996-cı il. Naxçıvan.
Naxçıvan Muxtar Respublikası (2009-cu il). Siyasi-inzibati xəritə.
Xəritə 7.
Qaynaq: Azərbaycan Respublikası Naxçıvan tarixi atlası. Bakı, 2010, s. 46-47
1...,10,11,12,13,14,15,16,17,18,19 21,22,23,24,25,26,27,28,29,30,...84