4
Qarabağ təkcə Azərbaycanın deyil, eləcə də bütün
dünyanın ən qədim tarixə malik diyarlarındandır. Azıx
mağarasında (Füzuli rayonu) tapılan insan məskəni və
ən qədim insanın qalıqları bu bölgənin Aralıq dənizi və
Şərqi Afrika ilə birlikdə müasir insanların meydana gəldiyi
məkanlardan olduğunu söyləməyə əsas verir. Azıxın alt
çöküntülərindən aşkar edilmiş əmək alətləri Quruçay
mədəniyyəti adlandırılıb. 1968-ci ildə Azıx mağarasından
“Azıxantrop” (“Azıx adamı”) adlandırılan ibtidai insanın
(350-400 min il əvvəl yaşamışdır) alt çənə sümüyünün bir
hissəsi tapılıb. Daş dövrünün sonrakı tarixi mərhələlərində,
həmçinin eneolit (e.ə. VI-IV
minilliklər), tunc və ilk dəmir (e.ə.
IV minilliyin ortaları - I minilliyin
əvvəlləri) dövrlərində Qarabağın
həyatında ciddi dəyişiklik baş
verdi. Son tunc və ilk dəmir dövrü
(e.ə. XI I-VII əsrlər) Xocalı-Gədəbəy
mədəniyyəti adını alıb. Bu dövrə
aid Xocalı qəbiristanlığı arxeoloji
abidəsindən üstündə Aşşur çarı
Adadnerariyə aid mixi yazı olan
əqiq muncuq tapılıb.
Qarabağ bütün tarixi dövrlərdə
Azərbaycan dövlətinin tərkibində
olub. Antik və erkən orta əsrlərdə Qarabağ Azərbaycan
Albaniya dövlətinin (e.ə. IV - eramızın VII əsri) mühüm
vilayətlərindən biri idi. Albaniya dövlətində xristianlıq
rəsmi din kimi qəbul edildikdən sonra bu din Qarabağda,
xüsusilə onun dağlıq ərazilərində də yayıldı. Ərəb istilaları
(VII-IX əsrlər), xüsusilə Albaniya dövlətinin aradan
qaldırılması (705-ci il) Qarabağın həyatına da ciddi təsir
göstərdi. Ərəb istilalarınadək Qarabağın tarixi ərazisində
əhali etnik baxımdan eyni kökdən olduğu halda, işğaldan
sonra vəziyyət dəyişdi. Xilafətin Azərbaycan üçün faciəli
siyasəti nəticəsində xristianlığın yayıldığı dağlıq hissədə
Alban kilsəsinin mövqeyi zəiflədi. Bundan istifadə edən
erməni qriqorian kilsəsi dini üstünlüyü ələ aldı. Beləliklə,
Qarabağın dağlıq hissəsində xristian albanlar arasında
qriqorianlığın yayılması üçün əlverişli şərait yarandı
və bununla da, Qarabağın dağlıq hissəsində əhalinin
qriqorianlaşdırılması, daha sonra isə erməniləşdirilməsi
prosesi başlandı. Ərəb xilafətinin
dağılmasından sonra Qarabağ
Azərbaycan Şəddadilər dövlətinin
(975-1075-ci illər), Böyük Səlcuq
imperatorluğunun
(XI
əsrin
ortaları-XII
əsrin
əvvəlləri),
Azərbaycan Atabəyləri dövlətinin
(1136-1225-ci illər) hakimiyyəti
altında oldu. XII əsrin sonu - XIII
əsrin əvvəllərində Qarabağın
dağlıq hissəsində alban Xaçın
knyazlığı
yarandı,
sonralar
onun ərazisində, Xaçının özü də
daxil olmaqla, Qarabağ-alban
məliklikləri (Xaçın, Vərən də, Dizaq, Gülüstan (Talış),
Çiləbörd) meydana gəldi. Qarabağ XIII-XIV əsrlərdə
bütünlüklə Monqol imperiyasının, XIV əsrin sonu -
XV əsrdə Teymurilər dövlətinin tərkibində idi. Şirvan
hökmdarı I İbrahim (1382-1417-ci illər) Qarabağın düzənlik
hissəsini öz torpaqlarına birləşdirə bildi. Qarabağ XV-XVIII
Bəzi mənbələrdə Qarabağın dağlıq hissəsi
“Arsax” adlandırılır. Etimoloji araşdırmalar
göstərir ki, “Arsax” sözü də Qarabağın qədim
türk etnoslarından biri olan saklarla bağlıdır.
“Arsax” “ər” və “sak” sözlərinin birləşməsi
(“Sakəri”) kimi də izah olunur.
Azıx adamın alt çənə sümüyü.
Hazırda Milli Azərbaycan Tarixi
Muzeyində mühafizə olunur.
Qarabağın
tarixi
Azıx mağarasının girişi.
Füzuli rayonu.
1,2,3,4,5 7,8,9,10,11,12,13,14,15,16,...68