7
Yatağan.
Sonuncu Qarabağ xanlarının silah kolleksiyalarından.
XVIII əsr. Türkiyədə istehsal olunub. Hazırda Milli
Azərbaycan Tarixi muzeyində mühafizə olunur.
Azərbaycan xalçaları
/
QARABAĞ QRUPU
islahatı nəticəsində Qarabağda Şuşa
qəzası yaradıldı və Kaspi vilayətinə
(mərkəzi Şamaxı) tabe edildi. Bununla
da, Qarabağ anlayışı siyasi mənasını
itirərək, yalnız coğrafi məfhum kimi
qaldı. 1846-cı ildə həyata keçirilən
yeni inzibati-ərazi bölgüsü zamanı
Şuşa qəzası yeni yaradılmış Şamaxı
(1859-cu ildən Bakı) quberniyasına
tabe edildi. 1867-ci ildə Yelizavetpol
(Gəncə) quberniyası yaradıldıqda,
Şuşa qəzası bu dəfə onun tərkibinə
verildi. Şuşa qəzasının ərazisində
Zəngəzur, Cavanşir və Cəbrayıl
qəzaları təşkil edildi. Bununla,
Şuşa qəzası da vahid inzibati-siyasi
idarəsini itirdi.
Çarizmin
Şimali
Azərbaycan
torpaqlarını işğal etməsi, bütövlükdə
onun,
o
cümlədən
Qarabağın
erməniləşdirilməsilə yanaşı gedirdi.
Türkmənçay müqaviləsindən (1828-
ci il) sonra bu hal daha müntəzəm
xarakter aldı. Ermənilərinköçürülməsi
müqavilənin 15-ci maddəsində təsbit
olunmuşdu. Ədirnə müqaviləsi (1829-
cu il) ilə Osmanlı imperiyasından
da ermənilərin yeni işğal olunmuş
ərazilərə, o cümlədən Qarabağa
köçürülməsi
həyata
keçirilməyə
başladı. Bununla da, Qarabağ
əhalisinin etnik tərkibinin ermənilərin
xeyrinə dəyişdirilməsi üçün daha
bir addım atıldı. Qafqazdakı rus
qoşunlarının
baş
komandanı
A.P.Yermolovun (1816-1827-ci illər)
göstərişi ilə Qarabağ xanlığının ləğv
edilməsilə əlaqədar tərtib edilmiş
Qarabağ əyalətinin təsvirinə (1823-
ci il) görə, qeydiyyata alınan 20095
ailə-dən 15729-u (78,3%) azərbaycanlı
(1111-i şəhərdə, 14618-i kənd-də),
4366-sı (21,7%) erməni (421-i şəhərdə,
3945-i kənddə) idi. Ermənilərin
kütləvi şəkildə Qarabağa köçürülməsi
nəticəsində burada yeni erməni
kəndləri (Marağalı, Сanyataq və s.)
meydana gəldi (ermənilər sonralar
Azərbaycana qarşı ərazi iddiaları
qaldırdıqları zaman bu köçürülmələr
“şərəfinə”
qoyduqları
abidələri
dağıdaraq,
tarixi
unutdurmağa
çalışmışlar).
Rəsmi
məlumatlara
əsasən, 1828-1830-cu illər arasında
Şimali Azərbaycana, o cümlədən
Qarabağa İrandan 40 min, Osmanlı
imperiyasından 90 min erməni
köçürülmüşdü. Qeyri-rəsmi erməni
köçkünləri ilə birlikdə onların sayı 200
mini ötdü. Ermənilərin köçürülməsi
sonralar da davam etdirildi. 1911-ci
ilə aid rəsmi məlumata görə, Cənubi
Qafqazda olan 1,3 milyon erməninin
1 milyondan çoxu köçürülənlər
idi. Artıq 1916-cı ildə Qarabağda
(xanlıq sərhədləri daxilində) əhalinin
təxminən
51%-i
azərbaycanlı,
46%-i isə erməni idi. Köçkün
ermənilərin əksəriyyəti Qarabağın
dağlıq hissəsində məskunlaşdırıldı.
Çarizmin
ermənipərəst
siyasəti
Qarabağ xanlığı.
XVIII-XIX əsrlər.
1,2,3,4,5,6,7,8 10,11,12,13,14,15,16,17,18,19,...68