100
100
Qazax rayonunun Dəmirçilər kəndində toxunub. Belə kompozisiyaya Gəncə və Qarabağ xalçaçılıq qruplarında da rast
gəlmək olar. Xalça peşəkar səviyyədə toxunub. Bu çeşnidə xalça Zaqatala rayonunun Car kəndində də toxunub. Goranboy
rayonunun Tap kəndində də bu çeşnidə xalçalar çox sayda toxunurdu. Dünya sənətşünasları və məşhur kolleksiyaçıları
bu xalçalara böyük dəyər verirlər. “Dəmirçilər” xalçası kənarəyə bənzəyib ensiz və uzundur. Ola bilsin ki, hər hansı bir
toxunmuş xalça dəstinin yolluq hissəsidir.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağı üç cərgədən ibarət olub, onlardan ikisi paralel naxışlarla
toxunub. Bu naxışlar “S” formasındadır, ana haşiyə isə dairəvi motivlərdən ibarətdir; onların içərisi və ətraflarındakı na-
xışlar həndəsi formalıdır. Xalçanın ara sahəsi qırmızı rəngdədir, beş ədəd tam toxunmuş səkkizbucaqlı göldən ibarətdir.
Bütün Qazax xalçalarında sevilən qırmızı, yaşıl, sarı, mavi, sürməyi rənglərdən burada istifadə edilib. Xalça başdan-başa
həndəsi naxışlardan, rəmziliklərdən ibarətdir. Onlar arasında bir əlaqə yoxdur. Yəni naxışların hər biri müstəqildir. Ağac,
çiçək, quş, ikibaşlı bir bədənli, dördbaşlı bir bədənli quş, qarmaq, romb, “X”, budaq – bunların hər biri ayrılıqda dolğun
1...,92,93,94,95,96,97,98,99,100,101 103,104,105,106,107,108,109,110,111,112,...124