94
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
94
“Ləmbəli” xalçası Borçalı mahalının Sadax-
lı kən­dində toxunub. Sadaxlı Borçalının ən
qədim və böyük kəndlərindən biridir. Sadaxlı
ilk vaxtlar Bənöv­şə çayının (yerli əhali onu Çax-
rax da adlandırır) sol tə­rəfində, Daşçıxan adla-
nan yerdə yerləşmişdir. Kən­din ətrafındakı Sarı
körpü, Taxtalı arx, Daşçıxan, Ma­meyi (Mamay)
qəbiristanlığı, Tarpın daşı adlanan ərazilərdə
aparılan qazıntılar zamanı tapılan ox uc­ları,
gil qablar, müxtəlif ibtidai alətlər, günəş və
şüa rəmzli bəzək əşyaları, Muşul meşəsində
aşkar edil­miş saxsı borular, saxsıdan hörülmüş
çarhovuz, pillə­kənlər, Göycəlidə olan iri tiki-
li bu yerlərin qədim insan məskəni olduğunu
göstərir. Sadaxlıdakı köhnə qəbiristanlardan bi­
rində yazısını oxumaq mümkün olan qəbir da-
şının 400 illik tarixi vardır. Keçmişdə bu kəndin
meşələrində kömürxanalar olub, ətraflarda
kirəc yandırılıb, kərpic kəsilib, dəmirçixana,
su də­yirmanı olub. Onların izləri bu gün də
qalır. Sadaxlı kəndinin yerləşdiyi dağlı-me­
şəli-çəmənli və olduqca əlverişli coğrafi məkan,
fü­sun­kar təbiət, yaxınlıqdan axan Debed və
Bənövşə çayları, bərəkətli torpaqlar, qonşu
ərazilərə gedən çoxsaylı yolların üstündə yer­
ləşməsi bu kəndin həyatına olduqca mühüm
təsir göstərib.
Sadaxlı kəndi ilə İrəvanın Loru mahalının
Ləmbəli kəndini Bənövşə çayı ayırır. Bu na-
xışda olan xalçalar İrəvanın Ağbaba mahalının
Oxçoğlu və Güllübulaq kəndlərində çox toxun-
muşdur. Bəzən “Əjdahalı Ləmbəli” adı ilə tanı-
nan bu xalçanın ipləri yerli bit­ki­lərdən alınmış
ağ, qara, sürməyi, mavi, yaşıl, sa­rı, qır­mızı və
bənövşəyi rənglərlə boyadılmışdır. Boya­ma
üçün güllər, otlarla yanaşı ağac köklərindən,
mey­və­nin qurumuş qabıqlarından istifadə olu-
nurdu.
Rəng həlli, elementlərin seçimi və düzülüşü
xalçanı çox baxımlı edir. Toxunduğu dövrdən
xeyli vaxt keçsə də, rənglər solmayıb, lakin
baş tərəfdə, yaşıl yer­likdə əbrəş izləri görünür.
“Ləmbəli” xalçası üzə­rin­də görünən yaşıl rəng
öz aydınlığı, yumşaqlığına görə digər qruplar-
da istifadə edilən yaşıl rəngdən tam fərqlənir.
Sözsüz ki, yaşıl rəngin alınmasında indi­qo
bo­yağından istifadə edilib, lakin yerli boyaq-
çı sə­nət­karların bu tonun alınmasındakı fərdi
üsullardan isti­fadə etməsi xalçanı daha baxımlı
edib.
Xalça klassik ənənəvi çeşni üzərində toxu-
nub. Naxışların hər biri simmetrikdir, lakin göl,
onun içindəki elementlər çox böyük vizual təsir
gücünə malikdirlər. El arasında gölün içərisini
bəzəyən qeyri - müəyyən formalı element çox
zaman “qurbağa” və ya “çanaqlı bağa” adlan-
dırılır. Xalça büsbütün damğalardan iba­rətdir.
Səkkizbucaqlı göl baş və ətəkdən qübbə (baş-
lıq) adlanan həndəsi elementlə tamamlanır.
Bütün bun­lar kənar tərəfdən, qarmaqlarla
ardıcıl bə­zədilib. Xalçanın mərkəzindəki gö-
lün içərisində yer­ləşdirilmiş element tayfa
mənsubiyyətini bildirən elementdir. Bu xalça
başdan-başa qədim türk element­ləri ilə bə­
zədilib.
Xalçanın xovu 1 sm-dir. Arğacı, ərişi və xovu
yun­dan­dır. İplər quzu yunundan alınmış və
əldə əyril­mişdir. Sıxlığı 35x55 sm-dir. Xalça
üzərində təmir və bərpa işləri aparılmamış-
dır. Xalça bədii cəhətdən olduqca əhəmiyyətli
nümunədir; elmi və tarixi əhəmiyyət daşıyır.
Azərbaycanda şəxsi kolleksiyada saxlanılır.
1...,86,87,88,89,90,91,92,93,94,95 97,98,99,100,101,102,103,104,105,106,...124