18
Xalça. “Qonaqkənd”. Yun. Xovlu. 1930-cu il. Quba qrupu. Azərbaycan.
Quba tarixi xalçaçılıq ərazisi dağlıq, dağətəyi və ovalıq hissələrinə bölünür.
Dağlıq hissəyə Xaşı, Qonaqkənd, Cimi, Afurca, Yerfi, Buduq, Söhüb, Qırız,
Cek, Xan, Salmasöyüd kəndlərini əhatə edən xalça istehsalı məntəqələri aid­
dir. Dağətəyi hissədə xalça istehsalı Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan,
Gən­dov, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Sırt-Çiçi, Dərə-Çiçi, Xırdagül-Çi­
çi, Sabatlar kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında, habelə Çay
Qaraqaşlı, Hacı Qaraqaşlı, Sarvan, Dəvəçi, Mollakamallı və s. kəndlərində mər­
kəzləşmişdir. Quba xalça məktəbinə Azərbaycanın qədim Dərbənd şəhə­rində
azərbaycanlıların toxuduqları xalçalar da daxildir.
1...,10,11,12,13,14,15,16,17,18,19 21,22,23,24,25,26,27,28,29,30,...84