36
Təqdim olunan Pirəbədil xalçası Şabran rayonunun Təkyə kəndində toxunmuş­
dur. Quba qrupuna aiddir. Xalça yundan toxunub, əl işidir. Xalça ara sahə və
haşiyə zolağından ibarətdir. Haşiyə zolaqları səkkiz cərgədən ibarət olub, çox incə
və mürəkkəb naxışlarla bəzədilib. Bəzi haşiyə zolaqları paralel – cüt toxunub, ana
haşiyə isə daha enli və müstəqildir. İlk haşiyə zolağı “mollabaşı” elementindən
ibarətdir. Sonrakı hörükvari iki incə həndəsi naxışlardan ibarət mədaxil zolağının
arasında səkkizguşəli ulduzlardan ibarət haşiyə zolağı toxunub. Bu bədii tərtibat ana
haşiyənin hər iki tərəfində təkrarlanır. Ana haşiyə özəl quruluşa malikdir. O, İslam­
da qəbul edilmiş hüsnxət növlərindən biri “kufi” elementləri ilə doldurulmuşdur. Bu
haşiyə elementinin yaranma tarixi İslamın yeni yayıldığı dövrlərə aid edilir. Sənətdə
ornamentlərə, yəni əyrixətli nəbati naxışlara və bu stilizə edilmiş həndəsi naxışla­
ra daha çox üstünlük verilirdi. Bununla yanaşı, “Quran” surələrinin ərəb dilində
daş, ağac, parça, xalça, qızıl üzərində həkk edilməsi ənənəyə çevrilmişdi. Getdikcə
genişlənən bu yazı üslubu öz ilkin tərzini itirərək, daha çox dekorativləşirdi. Bu gün
xalçalarda qalmış İs­lam mədəniyyətinin izləri sırasında şərti olaraq “kufi” adlanan
haşiyə zolaqları bü­tün dünyada tanınır.
Ara sahənin açıq-şəkəri rəngli yerliyini bəzəyən buynuz, qayçı, tənək yarpaqla­
rı, quş, çərxi-fələk, köndələn “S” işarəsi, xırda çiçəklər, kvadrat, ocaq semantikalı
# işarəsinin hər birinin tarixi çox qədimdir, açılışı isə Azərbaycan xalqının qədim
dün­yagörüşü ilə əlaqəlidir.
“Pirəbədil” xalçasının mərkəzindəki beş ədəd mavi yerlikli buynuz azər­baycan­
lıların keçmiş zamanlarda buynuzlu heyvanlarla bağlı inancından irəli gəlir. Qayçı
toxuculuqda istifadə edilən əsas alətlərdən biridir. Quş insanlar öldükdən sonra on­
ların ruhlarını əbədiyyətə qovuşduran müqəddəs varlıq hesab olunur. Tənək yar­
paqları cənnət nişanəsi olduğundan Qubanın bir çox xalçalarında (“Uqah” xalça­
sında) onlara rast gəlmək olar. Çərxi-fələk, yəni içərisi rəngli dilimlərlə bəzədilmiş
yuvarlaq formalı element həyatın axarlığının, insan həyatında mövcud olan üç fa­
zanın nişanəsidir. Kvadrat dörd qütb, dörd fəsil, dörd ünsürə işarə, “S” isə paklığın
rəmzi sayılır.
Xalça üzərində heç bir vaxt bəd xassəli nişanlar toxunulmur. “Pirəbədil” xalça­
sı da qoruyucu mahiyyət daşıyır. Onun üzərində toxunan bütün elementlər yalnız
müs­bət enerjinin daşıyıcılarıdır.
Xalçanın müxtəlif hissələrində təmir-bərpa işləri aparılmışdır. Hazırda xalçanın
saxlanma vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,28,29,30,31,32,33,34,35,36,37 39,40,41,42,43,44,45,46,47,48,...84