27
Xalça fraqmenti. Yun. Xovlu. XVII-XVIII əsrlər. Quba qrupu.
Azərbaycan. “Viktoriya və Albert” muzeyi. London.
Quba xalça qrupu xovlu xalçalarla yanaşı ərişi
spirallı sadə keçirilməsi yolu ilə toxunan “palaz”
və qarşılıqlı dolama (mürəkkəb sünbül) üsulu ilə
toxunan “sumax” kimi seçilən xovsuz xalçaların
istehsal edildiyi bölgə kimi də şöhrət qazanmış­
dır. XVIII əsr­dən başlayaraq mü­rəkkəb toxuma
üsuluna malik onlarca müxtəlif bədii tərtibatda
olan “sumax” çeşnilərinin istehsalı bu ərazidə
daha geniş yayılmışdır. Xovlu xalçalarda olduğu
kimi “sumax” xovsuz xalçalarında da müx­təlif
bədii tərtibat və rəng həlli vardır.
Məişətdə geniş istifadə edilən xalça məmu­
latlarından xurcun, məf­rəş, heybə, xaral, çanta,
çul, duzqabı və s. öz toxunma tex­nikası, bə­dii
tərtibatı ilə bölgənin bədii ənənələrini əks et­di­
rirlər .
İçərisində ərzaq və məişət əşyalarının daşın­
dığı “zili” və “sumax” toxunuşlu xurcun, evdə
yük, yorğan-döşək, paltar top­lanan və köç za­
manı içərisində müxtəlif əşyalar daşınan məfrəş,
heyvanları so­yuqdan qorumaqla yanaşı, onlara
yaraşıq ve­rən çul, duz saxlanan ağzı dar toxu­
nuşlu – duzqabı və digər əşyaları bəzəyən zoo­
morf, nəbati və həndəsi naxışların hər biri Quba
sənətkarlarının pe­şə­karlığından xəbər verir.
Naxışların olduğu kimi rənglərin də sirli an­
lamı vardır. Toxunan Quba xalçalarında ən
çox sevilən tünd-qırmızı, sürməyi, mavi, şə­kə­ri
rəng­lərdir. Mavi və sürməyi rənglər aydın sə­
manı, qırmızı ilk əvvəllər günəşi, daha sonralar
isə qan, qovuşuq rəmzi sayılırdı.
Beləliklə, Quba xalça qrupu özünəməxsus sə­
nətkarlıq xüsu­siy­yətləri ilə Azərbaycan xalçaçılı­
ğını daha da zən­gin­ləş­dirmişdir.
Azərbaycan xalçaları / QUBA QRUPU
1...,19,20,21,22,23,24,25,26,27,28 30,31,32,33,34,35,36,37,38,39,...84