42
“Alpan” xalçası, əsasən, Qubanın eyni adlı kəndində toxunduğu üçün yarandığı
mə­kanın adını daşıyır. Xalça yundan toxunub, əl işidir, toxuma texnikası türkbafdır.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağı öz-özlüyündə çox
kamil bədii quruluşa, rəng həllinə və hamar toxunuşa malikdir. Yeləni əmələ gətirən
üç zolaqdan ikisi simmetrikdir. Onlar mədaxillərdir. “Alpan” xalçasında “Zeyxur”
xovlu və “Sumax” xovsuz xalçalarının haşiyə zolağında olan “qarmaq” elementi
to­­xunub. Bu ardıcıl şəkildə düzülmüş, xalçada dinamiklik yaradan elementlərdən
iba­rət zolaq Quba qrupunun xalça ənənəsi üçün xarakterikdir. Haşiyə zolağının
“qar­maq” elementinə, tək-tək baxılarsa, onun caynaq şəklində olduğu aydın nəzərə
çarpar. 24 boydan ibarət olan qədim oğuz tayfasının hər boyunun şahin, qartal və
bu kimi başqa quş rəmzləri olmuşdur. Bu gün də bir çox xalçalarda bu elementlərin
təs­vir forması saxlanılır. Mərkəzdəki ana haşiyə isə budaqlar üzərində olan lalələri
xatırladır. İslam dininin sənətə gətirdiyi yeniliklərdən biri ornament sənətinin inki­
şaf etməsi oldu. Belə ki, xalçalara kalliqrafik naxış elementləri daxil oldu, nəbati və
həndəsi elementlər daha da inkişaf etdirildi. Şərti olaraq hər gülün öz rəmzi vardı.
Onlar ümumilikdə cənnəti təmsil edirdilər.
Tünd rəngli ara sahə də tərtibatı baxımından çox zəngindir. Əsas element göl­
lər­dən ibarətdir. Mərkəzi romb formalı göl, onun içərisində qırmızı və sarı yerlikli
güllər və onlardan ətrafa səpələnən səkkiz ədəd “palmet” formalı güllərin hər biri
mə­cazi məna daşıyır. Hələ qədimdən günəşi iki rəng təmsil etmişdir – al (qırmızı)
və sarı rənglər. Bu xalçada hər iki rəng ahəngindən göllərin toxunuşunda istifadə
edilib. Əgər göllər şərti olaraq günəş kimi qəbul edilsə, onda ondan ətrafa paylanan
“palmet”ləri günəşin şüaları, onun insanlara paylanan enerjisi kimi dəyərləndirmək
olar.
“Alpan” xalçasının yerliyi digər naxışlarla da çox zəngindir. “Üçləçəkli yarpaq”,
“çər­xi-fələk”, “tənək yarpağı”, “S”, “buta” və xalçanın baş tərəfində künclərində bir
cüt simmetrik toxunan iç-içə keçirilmiş “ilmə” təsviri – bunların hər biri bəşəri mə­
ziyyət daşıyır. O, uzunömürlülük, əbədiyyət, paklıq simvoludur. “Buta” naxışı çox
zaman od, alovun rəmzi sayılsa da, o, öz təsviri baxımından nəbati formanı əks et­
dirir. İç-içə keçirilmiş “ilmə” təsviri insan həyatının hər ötən ilinə, “çərxi-fələk” hə­
yatın dəyişkənliyinə işarədir. “Tənək yarpağı” isə cənnəti təmsil edir.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,34,35,36,37,38,39,40,41,42,43 45,46,47,48,49,50,51,52,53,54,...84