38
Quba xalça qrupunda müxtəlif kompozisiyalarda “Alpan” xalçası toxunur. Bu xal­
ça yundan toxunub, əl işidir, xovludur. Alpan kəndinin toxucularına məxsusdur.
XIX əsrin əvvəllərində istehsal edilib. Kiçik ölçüsünə görə bu növ xalçaları “puştu”
da adlandırırlar. “Puştu” kiçik ölçülü olur. On­lardan ya namazlıq kimi istifadə edir,
ya da taxtın arxasına söykənəcək kimi divara vururdular.
“Alpan” ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağını üç hissə təşkil
edir. Yelən üzərində bir neçə cərgədə alamuncuq – siçandişi zolaqları, içərisində do­
lanbac təsvirli mədaxillər mərkəz ana haşiyədə isə həndəsiləşdirilmiş “S” ele­ment­
ləri toxunmuşdur.
Xalçanın bütün ara hissəsi üstü çətirəbənzər rəngarəng ləçəklərlə toxunmuş kiçik
ağaclarla bəzədilib.
Xalça naxış etibarilə bir o qədər zəngin olmasa da xalqınmaddi-mənəvi dəyərlərinə
söykənməsi, bütünlükdə ideyası baxımından qiymətlidir. Toxunan hər xalçanı xal­
qın tarixi və mədəniyyətinin izi adlandırmaq olar. Xalça üzərində ən qədim eti­
qad, inanc, yazıları belə qorunub, bu günə ötürülən “Alpan” xalçası da bu cür əl
iş­lərindəndir. Qədim zamanlarda xalq arasında xalçanın mərkəzi təmiz, pak məkan
sa­yılırdı. Onu əhatə edən haşiyə zolağı isə bu məkanı qoruyan çəpər kimi qəbul
edi­­lirdi. Bu müqəddəs məkanda – mərkəzdə insanlar namaz qılar, dualar edərdilər.
Ha­şiyə zolağı isə bu məkana bəd ruhların, neqativ enerjinin daxil olmasının qarşı­
sını alırdı.
“Alpan” xalçasının ana haşiyə zolağını bəzəyən “S” elementi bir çox hallarda “əj­
daha” kimi yozulur. Burada əjdaha xeyirxah obraz kimi çıxış edir və paklığı, mü­
qəddəsliyi qoruyur. Siçandişilər isə ilk cərgədən başlayaraq son cərgəyədək yeləni
əhatə edir. Bu naxışlar da, öz növbəsində, xalça üzərində “nəzərlik” kimi qoruyucu
əhəmiyyət kəsb edir.
Ara sahənin daxilini bəzəyən kiçik ağaclar isə öz növbəsində, ölməzliyi, əbədiliyi
tərənnüm edir. Xalçanın bədii quruluşunda bəşəri əhəmiyyətli fəlsəfi məqamlara
to­xunulur.
Xalçanın saçaq hissəsində kiçik təmir-bərpa işləri aparılmışdır. Xalçanın saxlanma
vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,30,31,32,33,34,35,36,37,38,39 41,42,43,44,45,46,47,48,49,50,...84