46
“Alpan” xalçası Quba qrupunda toxunan orijinal nümunədir. Xalça Quba rayonu­
nun xalçaçılıq mərkəzlərindən biri İkinci Nügədi kəndində toxunmuşdur. “Alpan”ın
bir neçə kompozisiya­sına rast gəlinir. Xalçanın materialı yun, toxuma texnikası türk­
bafdır, əl işidir.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Tünd rəngli ara sahə üzərində baş­
dan-başa rapportlar şəklində qızılgüllər toxunmuşdur. Bu xalçanın mərkəzində
ey­ni bir element toxunub. Qızılgül çox real təsvir edilib, ornamental formadadır.
Qu­ba xalçalarında yarpaq, ləçək, gül kimi nəbati təsvirlərə çox tez-tez rast gəlinir.
Bu “Alpan” xalçası isə xüsusi tərtibatdadır. Qızılgül çoxmənalı semantikaya malik­
dir. Bu çiçək şərqdə kult səviyyəsinədək ucalmışdır. O, gözəllik, məhəbbət, kamil­
lik, qüdrət, xoşbəxtlik, gizli eşq, ürək, cənnətin nişanəsi sayılır. Şərq poeziyasında
hər zaman qızılgüllə bülbül bərabər nəzmə çəkilmişdir. Sufizmdə isə quş insan
ru­­hunu göylərə aparan qüvvə, qızılgül isə uca tanrı qarşısında səcdə edən insan
ob­­razının müqəddəsləşdirilmiş simvolu kimi yozulur. Qızılgülün ətrinə də xüsusi
ya­­naşılmışdır. O, cənnətin ətri sayılırdı. Təbii ki, xalça üzərində qızılgülün təsvir
olun­duğu ilk zamanlardan çox əsrlər keçib. Bu çiçək öz ilkin formasını itirib, daha
da dekorativləşib. Lakin mahiyyət baxımından onun məzmunu bu gün də dəyiş­məz
qal­­ıb.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,38,39,40,41,42,43,44,45,46,47 49,50,51,52,53,54,55,56,57,58,...84