44
“Qaraqaşlı” xalçası Şabran rayonunun kəndlərində toxunur. Təqdim olunan bu
xalça isə Şabran rayonunun Hacıqaraqaşlı kəndinə aiddir. Türkbaf toxuma üsulu
ilə yundan toxunub. Əl işidir, xovludur.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Yeddi hissədən ibarət olan haşiyə
zolağının altısı simmetrik şəkildə təkrarlanır. Ana haşiyə zolağı isə diaqonal forma­
da çarpaz toxunmuş, ətrafları dilimli həndəsi elementlərdən ibarətdir.
“Qaraqaşlı” xalçasının ara sahəsi sürməyi yerliklidir. Mərkəzində göl şəklində
üç ədəd kvadrat formalı həndəsi naxış, onların içərisində gül təsvirləri toxunub.
Bu göllərin ətrafında isə simmetrik şəkildə ağaclar, tənək yarpaqları, nəzərlik, xır­
da çi­çəklər təsvir edilmişdir. Göllərin baş və ətək hissələrində dörd ədəd zoomorf
ele­mentlər toxunub. Bəzən “Qaraqaşlı” xalçası üzərində toxunmuş bu elementləri
“islimi” naxışının stilizə edilmiş növünə bənzədirlər. Lakin bu xalça üzərində çox
aydın şəkildə təsvirin quş olduğu təxmin edilə bilər. Bu elementin üst hissəsində də
ikibaşlı, birbədənli mifoloji quşlar və s. heyvanlar toxunmuşlar.
“Qaraqaşlı” xalçasının ara sahəsi büsbütün fəlsəfi məzmun kəsb edir. Kvadrat
dörd qütb – şimal, cənub, şərq, qərb; dörd ünsür – hava, od, torpaq, su ilə bağlı se­
man­­tik məna kəsb edir. Quş yaşanan zamanla yaşanmış zaman, yəni ruhlar dünyası
arasında əlaqə yaradan bir qüvvə sayılır. Bu, insanın dünyasını dəyişdikdən sonra
onun ruhunun o biri dünyaya quş şəklində köçməsi kimi yozulur. Bu mənada da
quş müqəddəs varlıq hesab edilir. Üçgövdəli ağac təsviri də insanın yaranma döv­
rü, yaşadığı zaman və dünyasını dəyişdikdən sonar əbədiyyətə qovuşduğu məkana
işarədir. Tənək yarpağı cənnətin nişanıdır. Ümumiyyətlə, bir çox Quba xalçalarında
tənək yarpağı, ağac, quş təsvirlərindən istifadə edilir.
Xalçanın rəng çalarları da çox ideal koloritdə seçilib. Ara sahənin göllərinin rəngi
ilə ana haşiyə zolağının rəng çalarları harmonikdir.
Bu xalçadan ola bilsin ki, “namazlıq” kimi istifadə edilib. Çünki onun mənəvi ba­
xımdan daşıdığı məlumat müqəddəs, pak amallarla bağlıdır.
Xalçanın müəyyən yerlərində təmir-bərpa işləri aparılmışdır. Saxlanma vəziyyəti
ortadır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,36,37,38,39,40,41,42,43,44,45 47,48,49,50,51,52,53,54,55,56,...84