32
Quba qrupunun Zeyxur xalça məntəqəsi öz klassik xalçaları ilə şöhrət qazanmış­
dır. Xalça Qusar rayonunun Gədəzeyxur kəndində toxunmuşdur. Günümüzədək
gəlib çatan bu “Zeyxur” xalça nümunəsi xovlu toxunuşludur, yundandır, əl işi­
dir. Xalça ara sahə və üç haşiyə zolağından ibarətdir. Onun ağ-şəkəri yerlikli ara
sahəsində şaquli istiqamətdə iki tam və üfüqi istiqamətdə iki yarımçıq, formasına
görə “Xətai” adlanan göl təsvirləri toxunub. Göllər ara sahədə şəbəkə adlanan bədii
quruluşda yerləşdirilib.
Xalçanın ara sahəsini və haşiyə zolağını stilizə edilmiş həndəsi və nəbati forma­
lı naxışlar bəzəyir. Naxışların hər biri rəmzi məna daşıyır. Əgər xalçanın mərkəz
sahəsi müqəddəs məkan kimi qəbul edilərsə, onda mərkəz sahəni əhatə edən yelən
zolaqları çəpər kimi kainatı qoruyan mühafizəkar quruluş sayıla bilər. İki enli ha­
şiyə zolağı dinamik şəkildə ardıcıl təkrarlanan naxışlardan ibarətdir. İlk kənar
haşiyə Azərbaycan incəsənətində hələ eradan əvvələ aid nümunələrdə rast gəlinən
quş təsvirinin caynaqlarını xatırladır. Bu növ qarmaqlı element bir çox Quba xalça­
larında, hətta xovsuz “sumax” xalçalarının da haşiyə zolağında təkrarlanır. İkinci,
mərkəz haşiyə zolağı üçləçəkli yarpaq elementlərinin sıralanmasından ibarətdir. Bu
növ üçləçəkli yarpaq motivi “həyat ağacı”nın ən ibtidai təsvir nümunəsidir. Sür­
məyi yerlikli üçüncü ensiz haşiyə zolağı da büsbütün “mollabaşı” elementləri ilə
bəzədilmişdir. “Mollabaşı” elementi mürəkkəb konstruktiv quruluşa malikdir. O,
qədim inanclarla bağlı olan üçbucaq və romb həndəsi elementlərinin birləşməsindən
meydana gələn naxışdır. Semantik anlamda üçbucaq səmaya ucalan müqəddəs yola
işarədir, romb isə artım, davamlılıq və bolluq rəmzi sayılır. Bu iki həndəsi elementin
birləşməsindən yaranmış “mollabaşı” elementi Quba, Şirvan xalçalarının haşiyə zo­
laqlarında müxtəlif ornamental və ya sxematik şəkildə rast gəlinir.
Xalçanın ara sahəsini bəzəyən əsas göl elementi ilə yanaşı, çoxlu sayda budaq,
kvad­rat, romb, “S” formasında köməkçi elementlər təsvir edilmişdir. Hər xalça
mü­hüm informasiya daşıyıcısı olduğu kimi, onda əks olunan naxışlar da bu infor­
masiya­nı yaşadan əsas tərkib hissəsi hesab olunmalıdır.
Ümumilikdə gölü təşkil edən dörd çıxıntı və ya diaqonal istiqamətdə çarpazla­
şan dörd qol və bu elementlərin arasından üfüqi və şaquli istiqamətdə toxunmuş
xaçabənzər əsas element ornamental və həndəsi formalı nəbati naxışlarla bəzədilib.
Gölün mərkəzindəki müsbət işarəsini xatırladan element neolit dövründə tapıl­
mış daş nümunələrdə rast gəlinən svastika elementinin ən ibtidai forması olub,
günəşin hərəkətini, dörd cəhəti, həyatın əsas dörd ünsürünü – su, od, torpaq, hava­
nı səciyyələndirir. Gölün daxilini bəzəyən naxışlar simmetrikliyi ilə nəzərə çarpır.
Xalçanın rəng həlli də gözoxşayandır. Sürməyi, sumağı, qəhvəyi rəngli haşiyə zo­
laqlarının və gölün yerliyində, eləcə də ayrıca elementlərdə istifadə edilmiş tutqun
rənglər ağ-şəkəri tonlu ara sahəni bəzəyən rəng çalarını açır, ona rəng dinamikası
bəxş edir.
Xalça qüsursuzdur. Həm texnoloji, həm də bədii quruluş baxımından klassik Qu­
ba qrupu ənənələri əsasında toxunub.
Xalçanın saçaq hissəsində kiçik təmir-bərpa işləri aparılmışdır. Saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,24,25,26,27,28,29,30,31,32,33 35,36,37,38,39,40,41,42,43,44,...84