34
Qubanın tanınmış xalçalarından olan “Sırt-Çiçi” bütün dünyada ən çox sevilən
xalçalardandır. Yundan toxunub, əl işidir, toxuma texnikası türkbafdır. Bu xalça Qu­
banın tanınmış xalçaçılıq mərkəzi Amsar kəndində toxunmuşdur. Amsar kəndində
“Alçagül-Çiçi”, “Xırdagül-Çiçi”, “Qollu-Çiçi”, “Sırt-Çiçi” xalçaları da toxunmuşdur.
Bu xalça üzərində çox incə, zərif naxışlar vurulub. Xalçanın ilmə sıxlığı yüksək
ol­duğu üçün burada toxunan bütün naxışlar ən kiçik detallarına qədər dəqiq təsvir
edil­mişlər.
Xalça haşiyə zolağı və ara sahədən ibarətdir. Beş zolaqdan ibarət olan haşiyədə iki
mədaxil simmetrikdir, yəni eyni naxışlarla bəzədilib. İlk və son haşiyə zolağı “mol­
labaşı” ilə başlayır və bitir, ana haşiyə köndələn, çarpazlaşan həndəsi naxışlar və on­
ların arasında toxunmuş gül təsvirlərindən ibarətdir. Növbəti haşiyə zolaqlarından
biri də səkkizgüşəli ulduzdur. Haşiyə zolaqlarını bir-birindən ağ rəngli “su”lar, incə
toxunmuş “alamuncuq”lar ayırır.
Xalça mürəkkəb bədii quruluşa malikdir. Qüsursuz ara sahə tünd rəngdə oldu­
ğundan bütün xırda detallar aydın görünür. Ara sahəni bir cərgədə ətrafları qarmaq­
lı, pilləli göllər, ikinci cərgədə xalq arasında “təkər” adlanan həndəsi elementlər və
bu ardıcıllığın rapportlar şəklində təkrarlanması təşkil edir. Xalçanın rapportlar şək­
lində təkrarlanan elementlərinin arasında “başmaq”, “nəzərlik”, “romb”, “S” işa­rəsi
kimi xırda motivlər toxunmuşdur. Bu xalça klassik “Sırt-Çiçi” ənənəsinin qorunub
saxlanıldığı nümunə hesab olunur. Bütün naxışlar içərisində ətrafları qarmaqlı, pil­
ləli kiçik ölçülü gölün öz mənası var. Xalq arasında bu naxış “pilləkan” adlanır. Bu
şərti ad fəlsəfi mahiyyət kəsb edir, yəni kainatın müxtəlif təbəqələri arasında əlaqə
kimi qəbul edilir. Kainatın bütün təbəqələri ilə əlaqə xalçalar üzərində çox işlənən
əbədi mövzudur. Bu, toxucuların bəşəri fəlsəfi dünyagörüşündən irəli gəlir. Məhz
bu səbəbdən də xalça müqəddəs sayılmış, onun üzərində fala baxılmış, dualar oxun­
muş, namaz qılınmışdır. Xalçalar hər zaman müsbət enerji daşıyıcısı olmuşlar. Bu
qəbildən “Sırt-Çiçi” xalçası bəşəri dəyərləri özündə birləşdirən nümunə sayıla bilər.
Xalçanın saçaq hissəsində kiçik təmir-bərpa işləri aparılmışdır. Xalçanın saxlanma
vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,26,27,28,29,30,31,32,33,34,35 37,38,39,40,41,42,43,44,45,46,...84