30
“Herat Pirəbədil” Quba toxuculuq qrupunun Şabran rayonunda Əmirxanlı kən­
dində toxunmuşdur. Xalça orijinaldır. Çox keyfiyyətli toxunuşa, incə kompozisiya­
ya malikdir. Materialı yun, toxunuşu türkbafdır, əl işidir, xovludur.
Xalça ara sahədən və haşiyə zolağından ibarətdir. Haşiyəni iki zolaq təşkil edir.
İlk kənar zolaq iç-içə keçirilmiş budaqvari elementlərin arasından rombabənzər
güllərin yerləşdirilməsindən ibarətdir. İkinci yelən cərgəsini isə bir neçə elemen­
tin toxunuşu təşkil edir. Bu naxışların hər birinin xalq arasında fərqli adları vardır.
Məsələn, yarpaq formalı sivri elementlər – “balıq”, iki qolu yanlara doğru açılmış
hən­dəsi formalı digər element – “tısbağa” və ya “çayniknişan” adlanır. İlk baxışdan,
hə­qiqətən də “tısbağa”nı xatırladan bu element şərq mifologiyasına görə müdriklik
simvoludur. Azərbaycan xalçaları arasında az sayda xalça kompozisiyasında “tısba­
ğa” elementinə rast gəlirik.
“Herat Pirəbədil” xalçasının qara yerliyi üzərində “bəndi-rumi” kompozisiya qu­
ruluşunda çox sayda stilizə edilmiş nəbati elementlər toxunub. Bu xalçanın kom­
pozisiyasının mərkəzində toxunmuş yarpaqlar da “balıq” adlanır. Real “balıq”
ele­mentinə Təbrizin “Dərvişlər” və s. xalçalarında da rast gəlmək olar. La­kin “He­
rat Pirəbədil” xalçasının ara sahə kompozisiyasının daha dəqiq detallar­la incə to­
xunuşlu variantları Qarabağ və Təbrizdə toxunan “Balıq” xalçalarında mü­şa­hidə
edilir.
Kiçik ölçüdə olduğuna görə “Herat Pirəbədil” xalçasından “namazlıq” kimi də
is­tifadə edildiyini söyləmək olar.
Rəng çaları baxımından xalça orijinaldır. Yaşıl, sürməyi, qırmızı, sarı, şəkəri, narın­
cı tonların hər biri xalçanın klassik üslubda toxunmasına sübutdur.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Saxlanma vəziyyəti əladır. Xalça
tarixi, bədii və elmi əhəmiyyət kəsb edir.
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...84