28
“Pirəbədil” xalçası Quba toxuculuq qrupunun bütün dünyada tanınan ən məşhur
xalçalarındandır. “Pirəbədil” xalçası Şabran rayonunun Pirəbədil kəndində toxu­
nub. Ərişi, arğacı və xovu yundandır. Əl işidir. Türkbaf texnikası ilə icra edilib. Xal­
ça namaz qılmaq üçün toxunmuşdur.
Xalça sürməyi yerlikli ara sahədən, bir iri, dörd kiçik ölçülü haşiyə zolağından
ibarətdir. Yelən zolaqlarını bir-birindən ayıran isə tünd rəngli sular və zərif alamun­
cuq zolaqlarıdır.
İlk haşiyə zolağı “mollabaşı”, sonra iki paralel “hörük” formalı naxışlardan toxun­
muş haşiyə elementləri, iç haşiyə zolağında səkkizbucaqlı ulduzlar və mərkəzdə
olan ana haşiyə zolağında “kufi” motivləri toxunmuşdur. Əsas diqqəti çəkən ana
ha­şiyə zolağındakı motivdir. İslamın yeni yayılmağa başladığı dövrdən xalçalar
üzərində kufi yazı tərzi ilə dualar toxunmağa başlayır. Getdikcə kütləvi xarakter
alan bu ənənə toxucular tərəfindən sxematik tərzdə icra edilir. Artıq əsrlər ötsə də,
xalçalar üzərində “kufi” haşiyə zolağı bir sxematik ənənəyə çevrilir və əsasən, Bakı
və Quba qrupunda toxunan xalçalarda daha çox yer alır.
Xalçanın ara sahəsi çox maraqlıdır. Baş hissəsində sınıq xətt formasında mehrab,
ondan bir qədər aşağıda möhürün qoyulması üçün nəzərdə tutulan bir guşə və
onun da içərisində xalçanın toxunduğu tarix həkk edilib.
Xalçanın ara sahəsini bəzəyən naxışlar da çox zəngin bədii və semantik məzmuna
malikdir. Burada totemlərlə bağlı inanclardan irəli gələn “buynuz” elementi xal­
çanın əsas mərkəz hissəsində beş dəfə təkrarlanmaqla təsvir edilmişdir. Mehrabın
üstündə və ondan aşağı hissədə quşlar toxunub. Onlar pak, müqəddəs ruhların ha­
misi sayılır.
Xalçanın digər doldurucu elementləri də müstəqil elementlərdən ibarətdir. Romb,
qarmaqlı, ulduz, tənək yarpaqları, zoomorf və nəbati elementlərin hər birində mü­
hüm informasiyalar qorunur. Romb əbədi artım, bərəkət simvoludur. Ulduz astral
inanclarla bağlı, qarmaq isə artıq heraldik mahiyyət kəsb edən damğadır.
“Pirəbədil” xalçasının rəng ahəngi də daha çox sürməyi və açıq-qəhvəyi rənglərdən
ibarət olur. Xalçanın yunu təbii boyaq ilə boyanıb. Bu səbəbdən də xalça üzərindəki
əsas rənglər və yarımtonlar bu günədək solmayıb, öz təravətini saxlamaqdadır.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Saxlanma vəziyyəti əladır. Xalça
tarixi, bədii və elmi əhəmiyyət kəsb edir.
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...84